Prezident yaşıllaşdırma ilə bağlı tapşırıqlar verir, Qazaxda isə "yaşıl terror" edilir - 42 ədəd ağac kəsildi (VİDEO + FOTOLaR)

12-02-2024, 08:53           
Prezident yaşıllaşdırma ilə bağlı tapşırıqlar verir, Qazaxda isə "yaşıl terror" edilir - 42 ədəd ağac kəsildi (VİDEO + FOTOLaR)
Qazax rayonu Əksipara kəndinə gedən magistral yolun kənarında (Çaylı kənd ərazisində) "yaşıl terror" baş verib. Ağaclar kütləvi şəkildə naməlum məqsədlər üçün doğranıb.

32gun.az xəbər verir ki bu barədə ki, Qazax rayon sakini Elnur Quliyev "Feysbuk"da video görüntü paylaşaraq ümumilikdə 42 ədəd ağacın kütləvi şəkildə kəsilməsi faktını diqqətə çatdırıb.

O bildirib ki, diametri müəyyən ölçülərdə 20 ədəd qovaq ağacı və 22 ədəd qoz ağacı kəsilib. Əlavə olaraq onu da qeyd edib ki,təbiəti qorumaq hər kəsin borcudur!

32gun.az xatırladır ki, ölkə başçısı cənab İlham Əliyev dəfələrlə ağacəkmə aksiyasında iştirak edib. Yaşıllaşdırmanın artırılması istiqamətində xüsusi tapşırıqlar verib. Lakin Qazaxda bunun tam əksinə bu tapşırığın əksinə hərəkət edilir. Çünki Qazaxda "yaşıl terror" ilk dəfə baş vermir.



















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru