Bulvarda 2 milyonluq mənzili olan icra başçısı işdən çıxarılır? - İLGİNC İDDİA

19-02-2024, 16:56           
Bulvarda 2 milyonluq mənzili olan icra başçısı işdən çıxarılır? - İLGİNC İDDİA
Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Elgün Həbibullayev yaxın zamanlarda işdən çıxarıla bilər.

Bu barədə Qlobal.az-ın əldə etdiyi məlumatda bildirilir.

Məlumata görə oliqarx məmurlardan sayılan Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Elgün Həbibullayevin işdən çıxarılmasına səbəb özünü hazırkı vəzifədə doğrulda bilməməsidir.

İcra başçısının hədəfə gəlməsinin digər səbəbi isə Nərimanov rayon İcra Hakimiyyətindən Prezident Administrasiyasına ünvanlanan şikayətlərin çoxalmasıdır.

Bir çox yerlərdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun kadrı olduğunu deyən E.Həbibullayevin milyonluq mülklərə sahib olduğu deyilir.


Belə ki, Bakıda məşhur biznes şəbəkələrindən biri olan “Panda Kids”-in Nərimanov rayon İcra Hakimiyyətinin başçısına məxsus olduğu qeyd edilir.

E.Həbibullayevin bulvarın kənarında olan məzilinin qiymətinin isə 2 milyon manatdan çox olduğu vurğulanır.

Qeyd edək ki, Elgün Həbibullayev 2000-ci illərin əvvəllərində Bakı şəhərinin Nizami rayon icra hakimiyyətində şöbə müdiri, 2003 – 2011-ci illərdə Gəncə şəhər icra hakimiyyəti başçısının köməkçisi, sonra aparat rəhbəri, 2011-ci ildən Sumqayıt şəhər icra hakimiyyəti başçısının müavini,
20 sentyabr 2018-ci il tarixdən isə Bakı şəhər icra hakimiyyəti aparatının rəhbəri vəzifəsində çalışıb.

E.Həbibullayev 18 fevral 2022-ci il tarixdən Bakı şəhəri Nərimanov rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışır.

Nərimanov rayon icra hakimiyyəti yazıya mövqe bildirmədi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.