MTN şefi erməni əsilli iş adamının varidatına necə şərik çıxıb - ŞOK FAKTLAR

18-08-2016, 08:38           
MTN şefi erməni əsilli iş adamının varidatına necə şərik çıxıb - ŞOK FAKTLAR
“Bu gün elə sahibkarlar var ki, hələ də keçmiş MTN rəhbərliyi tərəfindən qabıqdan çıxarıldıqlarını inkar edirlər, başlarına açılan oyunları ictimailəşdirməkdən qorxurlar”. Bunu açıqlamasında məlumatlı mənbə bildirib.
Qaynaq iddia edir ki, belələrindən biri də hazırda Azərbaycanda “Odlar Yurdu” apteklər şəbəkəsinin sahibi kimi tanınan Vəfadar adlı şəxsdir. Mənbə bildirir ki, əslində erməni kökənli olan Vəfadar özünün əsl kimliyini gizlədir ki, bütün bu faktları gözəl bilən keçmiş MTN rəhbərliyi də məhz bu səbəbləri əldə rəhbər tutaraq Vəfadarı təxminən 7-8 il əvvəl “nəzarətə götürə” biliblər.
Mənbənin söpylədikləri: “Vəfadar elə-belə sahibkar deyil. Ona məxsus olan “VelqaFARM” şirkətinin Türkiyədə dəyəri 3 milyard dollara yaxın olan dərman zavodu var. Bu da hamısı deyil. Vəfadar eyni zamanda Orta Asiyada, hətta Cənubi Amerikada belə özünə şirkətlər yarada bilib. Və bu böyük şəbəkənin başında dayanan Vəfadar illər əvvəl MTN-nin hədəfinə çevrilir.
İlk əvvəl MTN-nin qoçuları ilə razılaşmayan erməni əsilli olduğu deyilən iş adamı sonradan hər ay 1 milyon dollar TƏHLÜKƏSİZLİK PULU ödəməyə razılaşaraq Azərbaycandakı biznesini və eləcə də can güvənliyini qoruya bilir”.
Mənbə onu da bildirir ki, hazırda Bakıdakı “Kığılı” kimi nüfuzlu brendlərin də sahibi olan Vəfadar bu vaxta qədər MTN rəhbərliyinə 100 milyon dollara yaxın XƏRAC ödəsə də, bu gün cəsarət edib haqqını tələb edə bilmir.
Əlavə bilgilərimiz olacaq. Qarşı tərəfi də dinləməyə hazırıq…
\\\ dia












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.