Səhiyyə Nazirliyindən rüşvət iddiasına münasibət

1-09-2016, 10:26           

M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi bu səhiyyə qurumunun kardiologiya şöbəsinin baş tibb bacısının xəstənin yaxınlarından pul tələb etməsi iddiasına münasibət bildirib.

Mərkəzdən Report-un sorğusuna cavab olaraq qeyd olunub ki, şikayətçinin iddia etdiyi hadisə 6-7 ay bundan əvvəl olub: “Həmin şəxsə onlardan rüşvət alınmadığı bildirilib. Əgər yenə də hansısa narazılığı varsa, o zaman aidiyyəti qurumlara müraciət edə bilərlər. Çünki, bu, onun vətəndaşlıq hüququdur”.

Səhiyyə Nazirliyi də öz növbəsində şikayətçinin məhkəməyə müraciət etməsini tövsiyə edib.

Qeyd edək ki, övladını adıçəkilən mərkəzdə ürəyindən əməliyyat etdirən Amil Hüseynov əməliyyatdan sonra şöbənin baş tibb bacısı Sevil Abışovanın onlardan dəfələrlə pul istədiyi barədə mətbuatda çıxış edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru