Ağsuda cadugər fırıldağı – “falçı Sevinc” kimləri necə aldadır?
2-09-2016, 08:24
Fırıldaqla məşğul olan ölkədəki şarlatan və cadugərlərlə bağlı apardığı kampaniya öz effektini verməkdədir. Bir neçə gün əvvəl, konkret faktlar əsasında apardığımız araşdırmaya əlaqədar dövlət qurumları tərəfindən lazımi şəkildə reaksiya verildi. Ancaq onu da bildirək ki, bu qanunsuz fəaliyyətdən gələn gəlirin miqdarı deyilən peşə sahiblərini işlərindən iki əlli yapışmağa vadar edir. Bu cür prinsipial araşdırmalardan sonra redaksiyamızla əlaqə saxlayan şikayətçilər Şamaxı ilə qonşu olan Ağsu rayonunda da, falçıların meydan suladığını bildirlər. Rayonun mərkəzində Sevinc adlı baxıcının falçılıq adı altında bütün növ qara maqiya ilə məşğul olduğuna dair məlumatlar var. Sevincin yanına gələn müştərilərin böyük qisminin baxıcının Şamaxıda olan qohumları vasitəsilə Ağsuya istiqamətləndirdiyi deyilir. Sevincin tez-tez Bakıda baxıcılıq “kurslarına” qatıldığına dair də informasiyaya malikik. Şikayətçilər deyir ki, Sevincdə bu “sənətə” olan məhəbbəti ona anası aşılayıb. Hazırda ana və balanın müştərək şəkildə bəxtə baxdıqları deyilir. Ümidvarıq ki, bizim bu siqnalımızdan sonra, əlaqədar dövlət qurumları Ağsudakı acı mənzərə ilə yaxından tanış olacaq.
Bildirək ki, bu sahədə xarici ölkələrin müəyyən təcrübəsi var. Məsələn, Türkmənistanda ekstrasenslik və falçılıq bu ildən qadağan olub. Bu ölkədə hipnozla məşğul olanların, ekstrasenslərin, falçıların və fövqəltəbii gücləri vasitəsilə insanlara təsir etdiklərini iddia edənlərin xidmətlərindən istifadə də qadağalar çərçivəsindədir.
Tacikistanda bu yaxınlarda Cinayət Məcəlləsinə yeni dəyişiklik təsdiq edildi. Dəyişikliyə görə, əgər falçılar, cindarlar əvvəllər sadəcə müəyyən miqdarda cərimə edilirdilərsölkələrdə aldadılan şəxs müvafiq qurumlara müraciət edir və fırıldıqçıya qarşı “fraud-dələduzluq” üzrə cinayət işi başlanılır, yaxud onların işinə məhkəmədə mülki qaydada baxılır.
Həmçinin Türkiyə Respublikasında xüsusilə geniş yayılmış “qəhvə falı” və digər fal növləri qadağan olunub və polis bununla bağlı mütəmadi olaraq reydlər aparır. Bu əməlləri törətmiş şəxslər ən yaxşı hallarda yüksək cərimələrlə xilas ola bilirlər. ABŞ-ın bəzi ştatlarında falçılığın qadağan olunması ilə əlaqəli yerli və dövlət qanunları mövcuddur. Belə ki, bu qanunların bəziləri falçılıq termininin işlədilməməsini, bunun başqa terminlərlə ifadəsini (mənəvi dəstək, psixoloji yardım) tələb edir. Elə qanunlar da var ki, ümumiyyətlə, bu fəaliyyət növünü qadağan edir. Yeni Zelandiyada da falçılıq cinayət hesab olunur və bu işlə məşğul olduğu aşkarlanan şəxs yüksək məbləğdə cərimə edilir. Səudiyyə Ərəbistanında və bəzi müsəlman ölkələrində falçılıq qadağandır; bu əməl ölüm, yaxud ömürlük həbslə cəzalandırılır.
Qeyd edək ki, heç bir İlahi din falçılığı və cadugərliyi qəbul etmir, bütün dinlər falçılığı və cadugərliyi şeytan əməli hesab edir. Məsələn, yəhudilərin müqəddəs kitabı Tövratda “Gizli şeylər Allahımız Rəbbindir” (Təsniyə, 29/29) cümləsiylə qeyb bilgisinin Allaha aid olduğu və bundan uzaq olmağın vacibliyi bildirilmiş, “Aramızda falçı, münəccim, sehirbaz, əfsunçu, cindar, baxıcı, ölülərlə məsləhətləşən olmayacaq” (Təsniyə, 18/10-11) – deyilərək bunlar qadağan edilmiş, bu işlərlə məşğul olanların öldürülmələri əmr olunmuşdur (Levililər, 19/31; 20/6, 27).
Xristianlığın müqəddəs kitabı Əhdi-Cədiddə falçılıqla bağlı məlumatlar olduqca azdır. Buna baxmayaraq, Əhdi-Cədidin “Rəsulların işləri” bölməsində xristian olmayanlar arasında sehirbaz və falçılarla bağlı məlumatlar verilmiş, onların əməlləri tənqid edilmişdir.
İslam dininin müəqqdəs kitabı Qurani-Kərimin “Maidə” surəsinin 90-cı ayəsində qeyd edilib ki, “Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!”. Bütün dinlərin, xüsusilə də İslamın falçılıq və bu kimi fəaliyyətləri qadağan etməsinə baxmayaraq, təəssüf ki, günümüzdə falçılıq və ona inananlar hələ də qalmaqdadır.
Mözvuya qayıdacayıq…
AZİNFORUM.AZ