İş adamı Qalib Məmmədov Kəlbəcərin deputatı olmaq istəyir

15-07-2024, 08:29           
İş adamı Qalib Məmmədov Kəlbəcərin deputatı olmaq istəyir
İş adamı Qalib Məmmədov deputat olmaq üçün əl-ayağa düşüb.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, daha bir məmur sentyabrın 1-də keçiriləcək parlament seçkilərində mandat qazanmaq istəyir.
Bu şəxs “KDY Logistics” şirkətinin Azərbaycan qrupunun Direktorlar Şurasının sədri Qalib Məmmədovdur.

Qalib Məmmədov iş adamıdır, əvvəllər Rusiyada fəaliyyət göstərib. Daha sonra o, Azərbaycana gəlib və burada özünə şirkət qurub.

Qalib Məmmədov bir zamanlar işğaldan azad edilmiş Qubadlıda qurduğu dövlətə meydan oxuyan təmtəraqlı məclislə diqqət mərkəzinə düşmüşdü.

Hal-hazırda Kəlbəcərdən deputat olmaq üçün əl-ayağa düşən iş adamı bəzi dairələrlə iş aparır. Onun namizədliyi Rusiya və İrandakı bəzi qüvvələr tərəfindən dəstəklənir.

Dövlət başçısının xəbərdarlıqlarına məhəl qoymayaraq, azad edilmiş bölgələrimizdəki füsunkar yerləri özününkü hesab edən Qalib Məmmədov məhz toxunulmazlıq statusu ala bilmək üçün parlamentə can atır.

Onu da qeyd edək ki, Qalib Məmmədov Azərbaycanda fəlaliyyət göstərən iş adamlarından birinin “sağ əli” hesab olunur. Ona görə də onun Kəlbəcərin deputatı olmaq şansı bir qədər də artır.

www.yenicag.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.