Göyçayda işsiz qalan vətəndaşlardan sual: Nə baş verdiki, “DOST” İş Mərkəzi MMC-nin bizimlə əmək müqaviləsi bağlamaq istəmir? VİDEO
15-07-2024, 07:47
Göyçay rayon sakinləri tərəfindən
ŞİKAYƏT MƏKTUBU
Bizi qanunsuz olaraq işdən çıxarıblar, həmçinin son haqq-hesab pulumuzuda az yazıblar. Biz mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət etmək istəyirik.
Hörmətli Prezident Sizə bildiririk ki, biz ailəmizlə birlikdə Göyçay rayonunda yaşayırıq.Siz Azərbaycan xalqının ümid yeri dayağısınız buna görə xalq Sizi sevir Sizə güvənir.Siz həmişə Azərbaycan vətəndaşlarına köməklik göstərirsiniz.Buna görə üzləşdiyizm çətinliyin aradan qaldırılması üçün Sizə müraciət etməyi qərara aldıq.
2016-cı il tarixdə “DOST” İş Mərkəzi MMC-nin əmək müqaviləsi ilə “Azərqaz” İstehsalat Biriliyinin Ağsu Regional Qaz İstismarı İdarəsinin Göyçay Xidmət Sahəsində fəhlə vəzifəsinə işə qəbul edilmişik. İşimizdə heç vaxt nöqsana yol verməmişik, verilən tapşırıqları layiqincə yerinə yetirmişik.
Bu ərizəni imza edən 10 nəfərin 10 iyun 2024-cü il tarixdə, 4 nəfərin isə 09 iyul 2024-cü il tarixdə əmək müqaviləsinin müddəti bitdiyi üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndi ilə işdən azad ediblər.Hansı ki, hər birimiz cavan, əmək qabiliyyətinə tam malik insanlarıq.Nə pensiya yaşında deyilik, nədə ki, alternativ gəlir yerimiz yoxdur. Əksəriyyətimizin banklara kredit borclarımız var, himayəmizdə xəstələrimiz, azyaşlı övladlarımız var. Çox çıxılmaz bir vəziyyətdə qalmışıq. Bizə məşğulluq alt sistemində işsiz kimi qeydiyyata düşməyi tövsiyə etməklə işlərini bitmiş hesab edirlər.
Göyçay rayonunun qaz sahəsində bizim işləməyimizə zərurət var idi.İndi isə işsiz qalmışıq ki, buna görə bizim ailəmiz aclıqdan məhv olacaq.Çünki ailəmizdə heç kəs işləmir himayəmizdə ailə üzvülərimiz var.
Əvvəlcədən heç bir xəbərdarlıq edilmədən, məlumat verilmədən əmək müqaviləmizə qanunsuz xitam verilmişdir. Həmçinin “DOST” İş Mərkəzi MMC nəyə görə bizimlə yenidən əmək müqaviləsi bağlamamasını qanunla əsaslandırmır ki, bunu biz bilək.Heç bir qanunu əsaslandımada yoxdur. Nə baş verdiki, “DOST” İş Mərkəzi MMC-nin bizimlə əmək müqaviləsi bağlamaq istəmir ? Bizi ən çox düşündürən bu sualdır.
Sanki feodal dövrünün nökərləri kimi bizimlə davranıb işimizdən azad ediblər.
Həmçinin bizim son haqq-hesab pulumuz düzgün hesablanmayıb. Çünki biz işlədiyimiz dövürdə məzuniyətə çıxmamışıq.Son-haqq hesab və əmək haqqı olaraq bizə çox az pul verilib. Bizimlə müqavilə bağlayıb işimızə bərpa olunmağımıza zərurət ona görə var ki, biz daima işə çıxmışıq, verilən tapşırıqları layiqincə yerinə yetirmişik, işimizdə heç vaxt nöqsana yol verməmişik, işləyib halal maaş almışıq.
Cənab Prezident biz hər zaman ailə üzvülərimizlə birlikdə prezident seçkilərində Sizə səs vermişik.
Bizim yeganə ümüd yerimiz Sizsiniz, buna görə Sizə müraciət etməyi qərara aldıq.İmkan verməyin ki, bizim ailəmiz aclıqdan məhv olsun.İşsiz insan ölümə məkum olunmuş kimidir.
Sizdən xahiş edirik bizim ailə vəziyyətimizi nəzərə alıb işlə təmin edilməyimizə əvvəlki “DOST”İş Mərkəzi MMC-dəki işimizə bərpa olunmağımza köməklik göstərəsiniz.
İmza; Göyçay rayon sakinləri
Əliyev İlham Lutvik oğlu Əlaqə telefonu; 055 720-50-29
Abuşov Emil Zakir oğlu
Ağamalıyev Əli Cəfər oğlu
Babayev Seymur Zəfər oğlu
Bədirov Zamiq Mirdamət oğlu
Bəkirov Zaur Şirxan oğlu
Cəlilov Cavid İsmayıl oğlu
Dadaşov Fərid Səxavət oğlu
Abdullayev Dilqəm Zaman oğlu
Həmidov Yunis Tahir oğlu
Burcalıyev Samir Azər oğlu
Daşdıyev Ramil Emin oğlu
Cəfərov Fikrət Məcnun oğlu
Ələkbərov Ruslan Xanlar oğlu