Ağalar Vəliyev indi də Xaçmaz üçün susacaq – Biznesmen-deputatın dairəsi üçüncü dəfə dəyişdirildi

18-07-2024, 16:22           
Ağalar Vəliyev indi də Xaçmaz üçün susacaq – Biznesmen-deputatın dairəsi üçüncü dəfə dəyişdirildi
Milli Məclisin ən “stajlı” və ən çox susan deputatlarından biri olan Ağalar Vəliyevin namizədliyi yenidən YAP tərəfindən irəli sürülüb.
Bu dəfəki siyahıda Vəliyevin namizədliyi əvvəlki 97 saylı Tərtər – Ağdərə – Goranboy dairəsindən deyil, 57 saylı Xaçmaz şəhər dairəsindən verilib. Bu dairəni keçmiş parlamentdə Eldəniz Səlimov təmsil edirdi ki, o da məlum cinayət hadisəsindən sonra həbs edilmişdi.

Ağalar Vəliyevin əvvəlki dairəsindən isə Anar Məmmədovun namizədliyi irəli sürülüb. Hansı ki, bu “cavan oğlan” da bundan əvvəl 96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən deputat idi.

Yeri gəlmişkən qeyd edək ki, Anar Məmmədovun da Ağalar Vəliyev kimi, böyük bizneslə sıx əlaqəsi var. Belə ki, onun deputat olmasında vaxtilə Ziya Məmmədovun biznes ortağı kimi tanınmış qayınatası, iş adamı Qulam Ələkbərovun xüsusi rolunun olduğu barədə mətbuatda yazılar dərc edilib.

Ağalar Vəliyevə gəlincə, Yevlaxda dünyaya gəlmiş bu şəxsin dairəsinin nədən Xaçmaza dəyişdirildiyi müəmmalı görünür. Belə çıxır ki, uzun illər Goranboy-Ağdam-Tərtər üçün susan, bir deputat kimi heç bir siyasi fəaliyyəti müşahidə olunmayan Vəliyev indi də Xaçmaz və xaçmazlılar üçün susacaq. Əvəzində, deputat mandatı cibində, böyük tikinti və digər biznesləri də öz yerində. Xaçmazlıları indidən təbrik etmək olar… (Azpolitika)

AFN.az xatərladır ki, A.Vəliyev ilk dəfə parlamentdə 11 saylı Qaradağ Seçki Dairəsini təmsil edib. Dördüncü çağırış parlamentdə bu dairədən deputat olsa da, 2015-ci il beşinci çağırış və 2020-ci il altıncı çağırış Milli Məclisə 96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən “düşüb”. Bu səbəbdən yeni dairə diqqət mərkəzindədir.

AFN.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.