Məhkəmə avtomobilinə dəyən 1835 manat zərərin ödənilməsi haqda qərar çıxardı, amma... - BAKI SAKİNİ İCRAÇIDAN ŞİKAYƏTÇİDİR

26-07-2024, 12:54           
Məhkəmə avtomobilinə dəyən 1835 manat zərərin ödənilməsi haqda qərar çıxardı, amma...
Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsinin sakini Əliyev Zaur Tofiq oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. O, barəsində çıxarılan məhkəmə qətnaməsinin icra edilməməsindən şikayətçidir:

“Mən, Əliyev Zaur Tofiq oğlu, yazaraq xahiş edirəm ki, müraciətimi dərc edəsiniz.

Bildirim ki, 17.05.2022-ci il tarixdə, təxminən saat 21:35 radələrində etibarnamə ilə idarə etdiyim, özümə məxsus olan “Hunday Sanata” markalı avtomaşınla Ağcabədi rayonu Qaravəlli kənd hissəsindən keçən zaman bir baş iribuynuzlu mal maşınımın sağ hissəsinə çırpılaraq, ciddi maddi ziyan vurdu. Belə ki, sağ qapı əzildi, yan güzgü və qabaq şüşə sındı.

Məhkəmə qərar verdi ki, mənə dəyən ziyan Nağıyev Alı İsmayıl oğlu tərəfindən ödənilsin. 1835 manat pul hissə-hissə mənə ödənilməlidir.

Protokoldan, qəbul edilmiş qərardan və fotoşəkillərdən də müəyyən edilmişdir ki, mənə dəyən ziyan üzrə təsnifat aşağıdakı kimidir:

1. Qabaq şüşənin dəyəri: 190 manat
2. Qabaq şüşənin dəyişdirilməsi: 30 manat
3. Sağ güzgü: 135 manat
4. Sağ "krel": 130 manat
5. Qabaq bufer: 180 manat
6. Ekran dəyəri: 250 manat
7. Kapot: 240 manat
8. "Podkrılnik": 40 manat
9. Dəmirçi işləri: 200 manat
10. Rəngsaz işi: 400 manat
11. Şüşənin üst kantının dəyəri: 40 manat.

İcraçı Bəhram müəllim qarşı tərəfə 4-5 dəfə ödəniş etdirib. Qalan pulu ala bilmirəm. İcraçı bu işdə məsuliyyətsizlik edir.

Mən sizin sayt vasitəsilə Ədliyyə Nazirliyindən xahiş edirəm, bu icraçılar barəsində bir tədbir görülsün, mənə dəyən ziyan ödənilsin".

Məsələ ilə bağlı Ağcabədi rayon İcra Probasiya Şöbəsinin əməkdaşı Bəhram (Soyadını dəqiqləşdirə bilmədik - müəl.) müəllimlə əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimiz cavabsız qaldı.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.