“Araz” suermarketində biabırçılıq: marketdə qurdlu xurmalar satılır - ŞOK VİDEO

27-07-2024, 00:06           
“Araz” suermarketində biabırçılıq: marketdə qurdlu xurmalar satılır - ŞOK VİDEO
“Araz” supermarketində qurdlamış xurma satılır.

Bu barədə dünən marketdə alış-veriş edən alıcı bildirib.

Onun sözlərinə görə, 20-ci sahə dairəsi yaxınlığındakı "Araz" supermarketində endirimdə olan məhsulu 2.99 AZN-ə alıb evə apardıqdan sonra şübhələnib və xurma dənələrini bir-bir yoxlamağa başlayıb.

Alıcı qeyd edib ki, xurmalarda gözlə aydın seçilən ağ qurdlar aşkar edib. O, bununla bağlı görüntüləri də redaksiyamıza təqdim edib.

Məsələ ilə bağlı “Araz” supermarketinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ümidə Həsənova ilə əlaqə saxladıq.

O, məsələ ilə bağlı araşdırma aparılacağını və lazım gələrsə, həmin məhsulun satışdan yığışdırılacağını bildirdi.

Həmin görüntüləri təqdim edirik:















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru