DSMF-in filial direktoru Şahin Əliyevin məhkəmə toxunulmazlığı hüququ var? Məhkəmə(lər) xüsusi ittihamçının şikayətində 1-ci göstərdiyi şəxsin adını çıxarıb (?)

27-07-2024, 11:18           
DSMF-in filial direktoru Şahin Əliyevin məhkəmə toxunulmazlığı hüququ var? Məhkəmə(lər) xüsusi ittihamçının şikayətində 1-ci göstərdiyi şəxsin adını çıxarıb (?)
ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının (XŞTMF) direktoru Şahin İbrahim oğlu Əliyevin və müavini Elnur Eldar oğlu Qurbanovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 1-ci dərəcəli Qarabağ qazisinin pensiyasını düz hesablamayıb mənimsəməsi, hətta məhkəmə qərarı ilə 7 il qabaq pensiyasına əlavə olunan məbləğin verilməsini özbaşına dayandırmasına, “borclu” olduğu halda tələbkar qazidən 3188,7 manat tələb etməsinə son 15 ayda hüquqi qiymət verilmir. Bu vəzifəli şəxslər 15 aydır bilərəkdən yalan, saxta məlumatlarla əlil pensiyaçının daşınar əmlakı – pensiyasına yiyələnir, sərəncam verirlər. Nə Bakı İnzibati Məhkəməsi, nə Ədliyyə Nazirliyi, nə Baş prokurorluq, nə Hesablama Palatası, nə Maliyyə Nazirliyi, nə Ombudsman, nə, nə...açıq aşkar korrupsiya, vəzifədən sui-istifadə, məhkəmə qərarının icrasının özbaşına dayandırılması faktlarına , məhkəməyə, dövlətə, Konstitusiyaya hörmətsizliyə qiymət verir.
Əlacsız , hüquqsuz qalan qazi XŞTMF-nin direktoru Şahin Əliyev və müavini Elnur Qurbanov barəsində xüsusi ittiham qaydasında şikayət verməyə məcbur olub. Nərimanov məhkəməsi 20.06.2024 tarixli, 1(005)-318/2024 saylı qərarla icraatdan imtina edib. Xüsusi ittihamçının zərər çəkmiş şəxs kimi CPM-in 103.3, 194.1 maddələri əsasında dövlət hesabına vəkillə təminatı, 51-1, 51-2 maddələri əsasında işin “e-məhkəmə” sistemində yerləşdirilməsi, iclasın videokonfrans əlaqə sistemi vasitəsilə keçirilməsi barədə ərizə-vəsstətlərinə heç bir cavab verilmir.
Şəxsi kabinetdən Bakı Apellyasiya Məhkəməsinə şikayət verən qazi-ittihamçının şikayətinə baxılmasının 08.08.2024-cü ilə təyin olunması barədə məhkəmədən göndərilən sms-bildirişdən bəlli edir. Maraqlıdır ki, həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsi bildirişdə barəsində şikayət verilən və adı birinci göstərilən Şahin İbrahim oğlu Əliyevin adını “unudub”, yalnız Elnur Eldar oğlu Qurbanovun məhkəməyə verildiyini vurğulayırlar. Bəlkə Şahin Əliyevin məhkəmə toxunulmazlığı hüququ var? Başqa nəsə fikirləşmək olmur. Axı adı birinci göstərilən şəxs necə görməməzliyə vurula bilər? “Texniki yanlışlıq” bu yekəlikdə yox də! Onu da xüsusi vurğulayaq ki, 1(103)-1782/2024 saylı iş də “e-məhkəmə” sisteminə yerləşdirilməyib. Bu da sosial və hüquqi müdafiədən məhrum edilən 1-ci dərəcəli Qarabağ qazisinin şəxsi kabinetdən məhkəməyə müraciət etməsinə, sənədlər göndərməsinə qadağa qoyur və CPM-in tələbinə ziddir.
Hormetli BEDELLI MEGRUB AGAMALI! Sizin 08.08.2024 tarixde, saat 15:30 da, Baki Apellyasiya Mehkemesi, Zal 4-de baresinde xususi ittiham qaydasinda shikayet verilen shexs QURBANOV ELNUR ELDAR OGLU ile bagli 1(103)-1782/2024 sayli cinayet ishi uzre xususi ittihamci qisminde mehkeme iclasinda ishtirak etmeyiniz zeruridir. Bildirish no: 1(103)-1782/2024-006 Tel: Hakim: Anar. Ibrahimov
Məhkəmələrin xüsusi ittiham qaydasında şikayətləri çeşidli bəhanələrlə icraata götürməkdən imtinalarında yaddan çıxardığı , daha düzü, tətbiq etmədiyi bir maddə də CPM-in 302.2.2 maddəsidir. Orada yazılıb : 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai- xüsusi qaydada təqib edilməli olduqda, məhkəmə şikayətin İSTİNTAQ AİDDİYYƏTİ üzrə göndərilməsi barədə qərar çıxarır.
Şahin Əliyevin adının sms-bildirişdən çıxarıldığını “məhkəmə toxunulmazlığı” sayaq, bəs xüsusi ittihamlı şikayətin daha ağır maddə ilə araşdırılması üçün istintaq aidiyyəti üzrə göndərilməməsi nə ilə izah edilə bilər?
Məğrur Bədəlsoy
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.