Göyçayın kəndlərində hələ də içməli su problemi davam edir VİDEO
30-07-2024, 08:07
Göyçay rayonu Çayarxı kənd sakinləri tərəfindən
"Biz Göyçay rayonu Çayarxı kənd sakinləri olaraq bildirmək istəyirik ki, 25 ildir kəndimizdə içməli su problemi var. Doğrusu çoxsaylı şikayətlərimizdən sonra 2007-ci ildə mövcud su xəttindən bizə su verilmişdi, lakin sevincimiz çox çəkmədi. 2010-cu ildə suyun verilişi dayandırıldı. Hazırda kənddə su xətti olsa da, istifadəmizə icazə verilmir. Hər ay ərzində bir neçə dəfə maşınla su gətizdiririk. Elə vaxtlar olur ki, maddi imkansızlığa görə günlərlə susuz qalırıq. Axı belə olmaz! Evdə yaşlı, xəstə, uşaq var. İsti yay günlərində dözülməz duruma düşürük. Dəfələrlə fərdi və kollektiv şəkildə aidiyyəti qurumlara, o cümlədən Göyçay Rayon İcra Hakimiyyəti başçısına müraciət etsək də bizə köməklik göstərən yoxdur. Biz sosial şəbəkələr vasitəsilə Azərbaycan Respublikasının Prezidentindən və yuxarı instansiyalardan çox xahiş edirik, bizim içməli su problemimizin həlli üçün tapşırıq verəsiniz."