Avtonəqliyyat rəisi, MTN-də xidmət, tikinti manatı… - YAP-ın bu dairədə namizədi Anar Məmmədov kimdir?

31-07-2024, 15:47           
Avtonəqliyyat rəisi, MTN-də xidmət, tikinti manatı… -
Hakim partiyanın 97 saylı Tərtər – Ağdərə – Goranboy seçki dairəsindən namizədi VI çağırış deputat oımuş Məmmədov Anar İlyaz oğludur. Tribunainfo.az bildirir ki, gənc namizəd maraqlı bioqrafiyaya və karyeraya sahibdir.
O, Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsində təhsil alıb. 2002–2005-ci illər AzTU-nun Nəqliyyat fakültəsində YAP-ın sədri olub. Hərgah, fakültədə YAP sədri necə olunur, çox maraqlı detaldır. Axı partiyanın rayon təşkilatları və gənclər təşkilatları var, fakültə təşkilatı olmur ki, sədri də seçiləsən…
İkinci bir məqam odur ki, Anar Məmmədov 2005–2006-cı illərdə artıq ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində həqiqi hərbi xidmətdə olub, çavuş rütbəsi alıb. Amma nəqliyyat fakültəsini bitirmiş bir şəxsin MTN-də hərbi xidmətə necə düşməsi maraqlı faktdır. Ardınca 2006–2010-cu illərdə BDU-nun Hüquq fakültəsində təhsil alıb. 2014-cü ildə Taras Şevçenko adına KMU-nun Aspiranturasına daxil olub. 2016–2019-cu illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində İnşaat fakültəsində İnşaat mühəndisliyi ixtisası üzrə təhsil alıb. Yəni ATU-dakı Nəqliyyat fakültəsindən əlavə, daha üç universitet bitirib.
Amma bir nüans da var – Anar Məmmədov 2006-cı ildə Nəqliyyat Nazirliyi, “Bakı Sərnişin Nəqliyyatı” Departamentində Nəzarət şöbəsində müfəttiş işləyib. Halbuki 2005-2006 dönəmində MTN-də hərbi xidmət keçib. 2007-ci ildə bölmə rəisi, 2008-ci ildə Avtobuslar xidmətlər şöbəsinin rəisi vəzifəsində çalışıb. 2012–2020-ci illərdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində Avtonəqliyyat şöbəsinin rəisi vəzifəsində çalışıb. Elə həmin ilin fevralında
96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən deputat olub. Bir sözlə, karyera yüksəlişi də qəribədir. Avtobus Xidmətində şöbə rəisi, sonra Avtonəqliyyatda şöbə rəisi olasan, özün MTN-də hərbi xidmət keçəsən, həm də deputat olasan…
Qeyd edək ki, bir müddət əvvəl onun tikinti manatı olduğu barədə xəbərlər yayılıb. Anar Məmmədovun “Amazon” şirkətinin azad edilən ərazilərdə tenderlərdə iştirak etdiyi vurğulanır. Bundan əlavə, Ukraynanın Dnepr şəhərinin mərkəzində, Şmidt küçəsi 15-də “Bakı” adında möhtəşəm görünüşlü bina tikilib. Yaşayış kompleksi 21 mərtəbədən, 301 mənzildən ibarətdir.
Kompleksin tikintisi K.A.S. LTD tərəfindən həyata keçirilib. K.A.S. LTD Azərbaycan, Ukrayna, Türkiyə, Gürcüstan və Monakoda inşaat sektorunda fəaliyyət göstərir.
Ukraynanın şirkət və müəssisələrin vahid reyestr xidmətinin məlumatına görə şirkətin nizamnaməyə kapitalının 30 faizi Anar Məmmədova aiddir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.