Vəkillə təminatdan imtina qərardadı preyudisial akt sayılır (?) Hakimlər Konstitusiyaya tabedirlər, yoxsa Konstitusiya hakimlərə?

2-08-2024, 00:08           
Vəkillə təminatdan imtina qərardadı preyudisial akt sayılır (?)
Azərbaycanda hakimlərin statusu Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsi ilə bəlirlənib. Həmin maddəyə görə, hakimlər müstəqildir və yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər. Hakimlər işlərə QƏRƏZSİZ, ƏDALƏTLƏ, tərəflərin hüquq BƏRABƏRLİYİNƏ, faktlara əsasən və qanuna müvafiq baxırlar. Hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən bilavasitə və ya dolayı yolla məhkəmə icraatına MƏHDUDİYYƏT qoyulması, qanuna zidd təsir, hədə və müdaxilə edilməsi YOLVERİLMƏZDİR.
Bu ölkədə ən yüksək hüquq qüvvəsinə malik olan qanunun – Konstitusiyanın tələbidir, bəs bu tələbə hakimlər necə əməl edir? Bəri başdan deyək ki, ölkədə vicdanlı, ədalətli, humanist, qərəzsiz hakimlər yetərincədir. Di gəl, tam əks keyfiyyətə malik olanlar daha çoxdur. Konstitusiyaya tabe olmalı olan hakimlərin Konstitusiyanı qərəzlərinə tabe etmələri faktları, hətta hakimlərin özlərinin (?) MƏHKƏMƏ icraatına MƏHDUDİYYƏT qoymaları məhkəmə aktları ilə sübut olunur. İnanmırsınız?
Qısaca , eldə deyildiyi kimi, başımıza gələnlərdən başmaqçı olduğumuz bir məhkəmə özbaşınalığını, qadağasını diqqətə çatdıraq. 12.12.2022-ci il tarixli Bakı İnzibati Məhkəməsinin ( h. Orxan Həsənov) iki qərardadından apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının eyni heyəti ( Şərafət Məmmədova, Pərviz Hüseynov, Cahangir Yusifov) iddiaçı 1-ci dərəcəli Qarabağ qazisinin dövlət hesabına vəkillə təminatı barədə ərizəsini 25.04.2023 tarixli qərardadla təmin etməyib. Bu qərardadın Konstitusiyanın 60, 61-ci maddələri ilə təminat verilən məhkəmə müdafiəsi, hüquqi yardım almaq hüququna qadağa olması bir yana, artıq preyudisial akt qüvvəsindədir və Konstitusiyadan da üstün presedent hüququ kimi tətbiq edilir. Bunu açıq mətnlə Bakı AM-in İK-sının heyət sədri Şərafət Məmmədova 08.05.2024 tarixli məktubla və bu günlərdə 31.07.2024 tarixli məktubla aparat rəhbərinin müavini Nizami Hüseynov Məhkəmə Hüquq Şurasından gələn şikayətə cavab olaraq bildirib(lər).
Konstitusiyaya hörmətsizliyə baxın, iddiaçı 1-ci dərəcəli Qarabağ əlili Bakı AM-in İK-sının ( Şərafət Məmmədova, Pərviz Hüseynov, Cahangir Yusifov ( 23.04.2024-cü ildə Mehriban Qarayeva ilə əvəzlənib) 23.04.2024 tarixli, 2-1(103)/1960/2024 saylı qərardadından öncə və sonra 6 aydır məhkəmə tərkibinə etiraz, kassasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təminatına ərizə, iclasın videokonfrans əlaqə sistemi vasitəsilə keçirməsinə vəsatət verir, 6 aydır cavab verilmir. Halbuki bu müraciətlərə məhkəmə aktı ilə cavab verilməlidir. Məhkəmə Hüquq Şurasına şikayətə isə texniki aparat işçisi cavab verir ki, bir il qabaqkı 25.04.2024 tarixli vəkil ayrılmasından imtina haqqında qərardad qanuni qüvvəyə minib və hələ də qüvvədədir. (?)
Meqrub Bedelsoy
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.