`Bank of Baku` müştərisindən xəbərsiz İŞ GÖRÜR... - NARAZILIQ VAR...
Bu gün, 08:44
"Şikayətim "Bank of Baku"dandır". "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Səbuhi İmranlı adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra yazır: "Mən bu bankdan neçə müddətdir "Gold debet kartı" işlədirəm. Keçən ayın 16-sından öz bankomatından nağdlaşdırmaya görə faiz tətbiq etməyə başlayıb.
Bu barədə yalnız saytlarının harasınasa xırda məlumat qoyublar. Onu da necə qoyublarsa, sadəcə debet kartlar bölməsində kartın istifadə qaydalarına dəyişiklik ediblər.
Amma ən azından mobil tətbiqə bildiriş yollamalı idi. Mobil tətbiqə gələn bildirişlər isə boş və mənasız bildirişlər olur.
Mən "28 Mall"dan bu barədə yalnız nağdlaşdırma edərkən 18 manat komissiya haqqı tutularkən bilmişəm. Özlərinə şikayət etdim baxmadılar.
Bu bankdan istifadə etməsəniz, məsləhətdir. Artıq bunlar da dələduzluq etməyə başlayıblar. Müştərilərin çibindən oğurluğa başlayıblar. Belə eləmək çox pis hərəkətdir. Xahiş edirəm başqalarını da xəbərdar edin ki bu bankın fırıldağından ziyan görməsinlər..."