Azərbaycan təhsilinin ÜZ QARALARI... - BU DA FAKT!

Dünən, 00:05           
Azərbaycan təhsilinin ÜZ QARALARI... - BU DA FAKT!
Azərbaycanda müxtəlif maraqların toqquşduğu, nazirindən başqa hamının atının işlədiyi bir dövlət qurumu var- Elm və Təhsil nazirliyi.Avropa təhsilli Şərq təfəkkürlü Emin Əmrullayevin birinci kabinetində əyləşdiyi bu nazirlikdə kimin rəhbərlik etdiyini heç kim bilmir. Çünki müxtəlif ranqlı məmurların tapşırıqlarını, sifarişlərini həyata keçirməkdən macal tapmayan nazirlik əməkdaşları bu gün birinin, sabahsa başqasının buyruqlarını icra edirlər. Elə nazirliyin içində bir şöbədən digərinə trasfer edilən FETO-çudan tutmuş Adnan Oktarın “kedicikləri”nə qədər kimi istəsən burada tapmaq olar. Adi bir məktəb direktorunu vəzifədən çıxarda bilməyən , şəxsi olaraq hörmətin saxladığım Təhsil naziri Emin Əmrullayev müxtəlif qrupların əlində oyuncağa çevrilib.
Guya islahat şousu adı altında məktəb direktorlarının imtahan vasitəsilə işə qəbulu görüntüsü yaradan nazirlik əslində ən böyük fiaskosunu yaşadı. Hamı direktorların hansı yollarla, kimlərin tapşırığı ilə vəzifəyə təyin olunduğunu çox gözəl bilir. Onu da bilir ki, özlərini biznesmen kimi aparan bu direktorlar heç ETN-nə də tabe olmurlar, öz havadarlarının göstərişlərini həyata keçirirlər. Adamın yadına Nəbinin kəndxuda təyin etdiyi şəxsin dediyi sözlər düşür-“ Düzdü qulluğa sən qoymusan məni, amma çörəyi onlar verir axı”... Bax AZƏRBAYCAN TƏHSİLİ BU GÜN MƏHZ BU PRİNSİPLƏRLƏ İDARƏ OLUNUR !
Nazirin etimad etdiyi Agentliyin rəhbəri Eşqi Bağırov isə bütün ƏDALƏTSİZLİYƏ susmağ məcburiyyətində qalır. Bəlkə də Eşqi Bağırov olanlara helə ki ,ƏDALƏTİN gözüylə baxa bilmir və yaxud da ƏDALƏTİN zəfərinə inanmır.

Dediyimiz kimi adi bir məktəb direktoruna sözü keçməyən nazirin Regional Təhsil idarələrinə necə nəzarət etdiyindən heç danışmağa dəyməz. Özlərini rəhbərlik etdikləri regionların sahibi kimi aparan bu “balaca padşahlar” nəinki nazirliyə,heç bir dövlət qurumuna məhəl qoymurlar. Bu gün təhsil sistemi “protektorantlıq” yolu ilə idarə olunur.
Ələxsus Abşeron- Xızı RTİ nin sahibəsi İlhamə Abdullayeva üçün Azərbaycan qanunları keçərsizdir. Daha güclü dairələrdən himayə olunduğu üçün ETN onun rəhbərlik etdiyi regiona nəzarəti tamamilə itirib.

Böyük bir regionun təhsil sistemi İlhamə Abdullayevanın və onun himayədarlarının şəxsi maraqlarına qurban verilib. Rüşvət və korrupsiyanın ayaq açıb yeridiyi Abşeron-Xızı RTİ-də təhsil adına tam bir rəzalət yaşanır. “Körpü-Bina Tikinti” şirkətinin rəhbəri Xəlil Göyüşovun belə söz keçirdiyi, vəzifəyə adam təyin etdirdiyi bir tayfa qanunları ilə idarə olunan təhsil sistemindən bundan başqa nə gözləmək olar ki...
Nədənsə bu qədər haqqlı şikayyətlər sosial şəbəkələrdə tüğyan etsə də Sumqayıt icra başçısı Zakir Fərəcov və yaxud Abşeron icra başçsı çox hörmətli Abdin müəllim olanları görməzdən gəlirlər. Nə deyək vallah, çox yəqin bu sahəni " ukraçiya" edən müavinlərin də boğazları,məşhur kinoda deyildiyi kimi 'yaxşıca yağlanmışdır". Təyinatı üzrə olan şikayyətləri aidiatı rəhbərliklərinə çatdlrmırlar. Hər halda belə vacib olan məsələlər,adları keçən çox hörmətli başçıların diqqətindən kənarda qalmamalıdır. Əlbəttə bu , xüsusilə çox hörmətli Mehriban xanımın və dövlətimizin təhsil siyasətinə qarşı pis nümunədir.
Bir müddət Şəki-Zaqatala RTİ-nə rəhbərlik edən, sonradan Lənkəran-Astara RTİ-nə transfer edilən Bəhruz Mehdiyev isə daha da irəli gedərək bir əldə iki qarpız tutmaq prinsipi ilə fəaliyyət göstərir.

Verilən məlumatlara görə Bəhruz Mehdiyev bu gün Lənkəran-Astara təhsilini “inkişaf etdirməklə” bərabər Şəki-Zaqatala regionunu da gözündən iraq qoymur. Yenə də öz kadrlarını təyin edir, köhnə əlaqələrini qoruyur. Necə deyərlər Bəhruz Mehdiyev bu gün Şəki-Zaqatala-Lənkəran-Astara RTİ-nin rəhbəri kimi “çox ağır və məşəqqətli” bir vəzifənin daşıyıcısıdır. Rəhbərlik etdiyi dövrdə direktorların işə qəbulunda yol verdiyi nöqsanlarla, idarə etdiyi regionda rüşvət və korrupsiyanın at oynatması ilə daima medyanın diqqət mərkəzində olan Bəhruz Mehdiyevə birdən birə iki regionun taleyini necə etibar edirlər? Bəlkə cənab Əmrullayev quberniya sistemi formalaşdırmaqla belə kadrlarına daha geniş ərazilər bəxş eləsin. Baxma da nə qədər olsa da büdcədən maaş Alanların sayı bir az azalar, gəlir bir əldə toplanar.
Belə-belə işlər, cənablar. Ulu öndər təhsilə millətin gələcəyi deyirdi. Budurmu bizim gələcəyimizə verdiyiniz dəyər? Millətin balalarının taleyi üzərində biznes şəbəkəsi qurulur, müxtəlif maraqlar təmin edilir. Elm və Təhsil nazirliyində bu gün hər şey var-bir tək elm və təhsildən başqa.

Yəqin onu da bir kövrək xatirə olaraq yaddaşıarda yaşatmaq üçün saxlayıblar. Çox romantik addımdır...
Davamı var...

RUBRİKA.AZ












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.