"Nur" çörək... Həm yanmış, həm də kifli çörəklər... - NARAZILIQ VAR...
Bu gün, 11:12
"Qida Təhlükəsizliyi Agentliyi (AQTA) davamlı şəkildə ayrı-ayrı istehsal müəssiələrində və iaşə yerlərində davamlı təftiş işi həyata keçirsə də hələ də QİDA TƏHLÜKƏSİZLİYİMİZ təmin olunmamış səviyədədədir. "DİA-AZ" xəbər verir ki, elə buna görə də əlaqədar ekspertlər də intensiv olaraq bildirirlər ki, görülən işlər və müəyyən olunan cəzalar həm yetərsizdir, həm də təsirsiz.
Əgər söhbət insanlarımızın sağlamlığından və bəzi hallarda həyatlarından gedirsə, bu kimi məsələlərə dırnaqarası yanaşmaq lazım deyil və aşkarlanan hər bir nöqsan üzrə ciddi cəza siyasəti yürüdülməlidir. Biz isə "DİA-AZ" olaraq həmin faktları ictimailəşdirməkdə davam edəcəyik. Bu dəfə isə narazılığa səbəb olan "adı dillər əzbəri" "Nur" firmasının çörəkləridir. Cavid Dadaşov adlı sosial şəbəkə istifadəçisi "Müştəriyəm Şikayətim Var" qrupunda sözügedən şirkətə aid çörək məhsulunun yanmış və kifli vəziyyətdə olmasından giley edir. Narazı vətəndaş yazır: " "Nur" çörək... Alanda baxmadim.... Satıcı "klyok"a qoydu, verdi....