Naxçıvan xəstəxanalarında başlı başını saxla prisipi... - Ali Məclis isə susur

Dünən, 08:05           
Naxçıvan xəstəxanalarında başlı başını saxla prisipi... - Ali Məclis isə susur
Naxçıvan xəstəxanalarında verilən pulsuz yeməklərin keyfiyyəti xeyli aşağı salınıb. Bunun əvəzinə isə, pullu xidmət göstərən daxili yeməkxanalarda baha qiymətə ləziz yeməklər təklif olunur. Bu yeməkxanaların isə, yerli səhiyyə nazirliyindəki yüksək vəzifəlilərin nəzarətində olduğu bildirilir. Pullu yeməkxanalarda çeşidlər çox olduğundan, yerli sakinlər buranı xəstəxana restoranı adlandırırlar.
Bu haqda ”Gündəlik Naxçıvan”a xəstəxanalarda bir müddət müalicə almış sakinlər məlumat veriblər. Onlar deyirlər ki, pulsuz verilən yeməklər bilərəkdən keyfiyyətsiz hazırlanır ki, xəstələr məcbur qalıb, pulllu yemək alsınlar.
Evdən gətirilən yeməklərə qadağa qoyulduğundan, xəstələr ya təklif olunan dadsız və keyfiyyətsiz yeməkləri yeməli, ya da daxildəki yeməkxanalara gündəlik 30-50 manat xərcləməlidirlər.
Naxçıvan Muxtar Respublika Xəstəxanasında müalicə almış B. Səfərov deyir ki, imkanı olmadığından, yatdığı müddətdə ac qalıb:
“Bu xəstəxanada 6 gün yatdım. Evdən yemək gətirməyə icazə vermirdilər. Güya ki, pəhriz yeməkləri yeməliyəm, ona görə. Sığorta ilə müalicə alırdım. Yeməkləri itə tökəsən yeməz. O qədər bərbad idi. Səhər mannı verirdilər, iyindən baş çatlayırdı. Suplarının da nə olduğu bəlli deyildi. Palçığa bənzər qırmızı rəngdəidi. Bircə yumurta boyda verdikləri almanın alma olduğu bilinirdi. Ancaq, yuxarı mərtəbədəki restoranda nə istəsən tapmaq mümkündür. Ancaq, od qiymətinə. Dedilər ki, restoranı nariz Samiq Sadıqovun adamları işlədir. Evdən yemək gətirməyə də ona görə icazə vermirlər ki, onlardan baha qiymətə almağa məcbur olaq. Şəxsən mənim imkanım çatmadı orda yemək yeməyə. Ona görə də yatdığım 6 gündə demək olar ki, ac qaldım. Təsəvvür edin ki, restorandan gələn dadlı yemək iyi mənə necə təsir edirdi.“
Digər sakin sakini Q. Məmmədov yatdığı xəstəxana verilən yeməklərdən şikayətlənib:
“Əvvəllərdə bir həftə xəstəxanada yatmışdım. O zaman sığorta yox idi deyə, münasibət nisbətən yaxşı idi. İndi sığorta var deyə münasibət tam fərqlidir. Daha çox pul silinsin deyə, xəstələri xəstəxanada daha çox saxlayırlar. Yeməklər bərbaddır, nə verdikləri bəlli deyil. Yemək olmur. Bir həftə xəstəxanada yatırdılar. Görüş saatlarında evdən yemək gətirirdilər, buraxmırdılar. Bəzən birtəhər gizlincə keçirib, onları yeyirdim.”
Sakinlər deyirlər ki, problemlə bağlı Ali Məclisə şikayət etsələr də nəticəsi olmayıb.
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.