Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
Dünən, 10:59

Adı qadın qalmaqalları ilə yerli medianın gündəmində aktiv olan Kəlbəcər rayonunun icra hakimiyyətinin başçısı Azər Qocayevin fəaliyyəti adından çox-çox geridə qalır.
Arada bir şəhid ailələri ilə fotosessiyalar etdirib paylaşdıran, Həqiqət!də isə bəzi xanımlarla "can deyib, can eşidən" icra başçısı, "hazıra nazir rəhbəri olduğu" Kəlbəcərin uğrunda sağlamlığını itirmiş Bəşirov İsaq Sabir oğlunun yaşadığı çətinlikləri görməməzliyə vurur.
Qarabağsız doğulub, Qarabağsız böyüyüb, Qarabağ uğrunda sinəsini düşmən gülləsinə sipər edən İsaq demək olar ki, ömrü boyunca məcburi köçkün kimi yaşadığı şəraitsiz, acınacaqlı vəziyyətdən əziyyət çəkirdi, antiterror əməliyyatlarından bəri isə bu dərdinin üstünə sağlamlıq dərdi də yüklənib.
Agentliyimizin tabeliyində fəaliyyət göstərən "Kanal14"ün canlı yayımında mediadan mədət istəyən İsaq Bəşirovun yaşadığı daxmanın və bədənindəki xəsarətlərin görüntüləri də nümayiş etdirilib.
Qəhrəman İsaq Bəşirov deyir, "İcra Hakimiyyətinə nə vaxt, nə üçün gedirəm, mənə deyirlər, "İcra hakimiyyəti ona baxmır ki".
Bəs o, bina niyə var?
İcra başçısı nə üçündür?".
Bəli, İsaq Bəşirov yaralandıqdan sonra bir ilə yaxın bağırsaqlarını yanında daşıyan, özünün və cəbhə yoldaşlarının parçalanmış bədəninə, tökülmüş qanına şahidlik edən və bütün bunların ağır stress yaşatdığı adamdır. O, cəbhədə psixoloji travma alan yüzlərlə, hətta bəlkə minlərlə qeyrətli oğullarımızdan biridir. Bu gün ailəsi də onun himayəsindədir.
Yaşadığı daxmanı yuxarıdakı linkdə özünüz gördünüz. O, şəraitdə İsaq öz şəxsi vəsaiti hesabına müalicə alır. İş yox, hər hansı bir maddi gəlir yox, pensiya kəsilib...
İndi siz düşünün, cənab başçı, o, necə yaşasın?
Axı onun başı üzərinə Həqiqət xanımla aranızda "şef" adlandırdığınız Cavid Qurbanov kimi "tavan"ı da yoxdur.
P.S: Qeyd edək ki, İsaq Bəşirovun müraciətilə bağlı Kəlbəcər rayon icra hakimiyyətində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tural Oruczadə ilə telefon əlaqəsi saxladıq. O, İsaqın ailəsinin mənzillə təmin olunması üçün "Qaçqınkom"a müraciət etdiklərini, pensiya məsələsinə görə isə İsaqın videoda adını çəkdiyi həkimlərlə danışdıqlarını dedi.
İsaq Bəşirov isə bildirir ki, "Əgər tapşırılsaydı Goranboy xəstəxanası mənə bu qədər süni əngəllər yaratmazdı".
İsaq haqlıdır, sadəcə demək yox, məsələnin üzərində dayanıb, icrasını tələb etmək lazım idi, hörmətli Tural Oruczadə.
Bildiririk ki, qazinin mövcud problemlərilə bağlı daha ciddi yanaşılması üçün tərəfimizdən Kəlbəcər rayon icra hakimiyyətinə rəsmi sorğu da göndərilib. Növbəti materialda daha ətraflı məlumatları və icra hakimiyyətinin sorğumuza cavabını təqdim edəcəyik.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
"DogruXeber.az"