“Azəriqaz”da yoxlama aparıldı: Sayğaclar ucuzlaşdı, tənzimləyicilər isə pulsuz oldu
17-04-2017, 21:51
Bir müddət öncə qaz sayğaclarının həddindən artıq baha satılması məsələsi gündəmə gəlmişdi. O zaman rəsmilər qiymətlərin bazara uyğun tənzimləndiyini iddia etdilər
İndi isə əslində reallığın tamamilə fərqli olduğu məlum olub. teref.az cebhe.info-ya istinadən xəbər verir ki, bununla bağlı Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı məlumat verib. Sayğaclar ucuzlaşdı, tənzimləyicilər isə pulsuz oldu M.Qəhrəmanlı qeyd edib ki, sayğaclar əhaliyə 30 faiz baha satılırdı: “Audit şirkət sayğaclarla əlaqədar “Azəriqaz”a ciddi iradlar bildirmişdi. Daxil olan məlumata görə, hazırda sayğacın qiyməti 135.00 AZN- dən 92 manata salınıb. Demək olar ki,30 faiz ucuzlaşıb. Əvvəllər qaz xətləri üzərində qurulan və əhaliyə məcburi 35-45 manata satılan fərdi tənzimləyicilər (real qiyməti 7-9 manat idi) indi pulsuzdur. Belə bir sual ortaya çıxır. Deməli, sayğacın da real qiyməti 92 manata olduğu halda əhaliyə 135 manata satırdılar?”