“Bakı Şampan şərabları” ASC-nin qanunsuz əməlləri

17-04-2017, 22:15           
“Bakı Şampan şərabları” ASC-nin qanunsuz əməlləri
Gülməmməd Cavadovun susqunluğu, “Bakı Şampan Şərabları” ASC-də QALMAQAL artması, fəhlə etirazı böyüməsinə rəvac verir…

Keçən yazımızdada qeyd etdiyimiz kimi zavod daxilində günü-gündən narazlar səngimək bilmir. Redaksiyamıza verilən məlumata görə, “Bakı Şampan” dövlət məxsus səhimlərinin bir qismini və onunla yanaşı fəhlələrə məxsus səhimlərində Gülməmməd Cavadovun əldə etdiyi qeyd edilməkdədir. G.Cavadova səhimlərin verilməsini isə S.Səfərovun fəhlələrə bildirdiyi məlumatlardan meydana çıxmışdır.

Gülməmməd Cavadov Energetika nazirinin birinci müavini vəzifəsində çalışması ilə yanaşı həmdə “Bakı Şampan Şərablar” ASC-nin əsas səhimdarı olduğunu fəhlələr iddia edir. S.Səfərovun isə G.Cavadovun bacısının həyat yoldaşı olması ona şərait yaradıb ki, kasıb təbəqəyə zülm etsin.

Zavod daxilində qanunsuzluqların baş verməsi bununlada bitmir. Həmkarlar təşkilatının sədri fəhlələr deyil, Səməd Səfərova sərf edən şəxsin rəhbər təyin edildiyi bildirilib. Həmkarlara Sahib müəllimin yaxın adamı olan Həqiqət xanımın gətirilməsi isə fəhlə narazılığının dahada böyüməsinə səbəb olub. Belə ki, Həqiqət xanım fəhlələrin sözünü deyil Sahib Səfərovun diqtəsini icra etməkdədir – deyə şikayətçilər bildirir.

Cəlal Əliyevin adından istifadə edən zavod sədri – S.SƏFƏROV
«Bakunews»a müraciət edən Əzizə xanım qeyd edir ki, 31 il çalışdığı işdən Həqiqət xanımın təhkidi və müdirə yaxınlığı sayəsində işinə son verilib. Xanım qeyd edib ki, 8 mart Beynəlxalq qadınlar bayramında fəhlələrin və Həqiqət xanımın yanında müdir bizi niyə təbrik etmir sözünə görə onun işdən gedəcəyini Həmkarların sədri bildirib. Xanım iddia edir ki, ona deyilən ştat bağlandığı bu gündə onun kolan xanım tərəfindən icra edilməkdədir. 31 illik əmək sərf etdiyi qurum tərəfindən hədələnərək səlindən alınmış və işdən qovulmuşdur. Hüquqlarının kobud şəkildə pozan Sahib Səfərov onu Cəlal Əliyevin qudası olması və heç kəsin ona söz deyə bilməyəcəyi ilə hədələdiyini qeyd edir. Onu işdən çıxarmaqla hədələyib səhimlərin alan S.Səfərov həmin səhimləri məhz G.Cavadova verdiyi bildirilir.

Səhimdarlara iş yoxdur deyə işə çağırmayan amma həftədə 70 min 0.25 araq istehsal etdirən S.Səfərov qanunları kobudcasına pozmaqda davam edir. Bütün qanunsuz əməllərinə isə Prezidentin əmisi ilə quda olmasın bildirən bu şəxs fəhlələri bununla hədələməkdədir. Həftəlik 70 min manatlıq dövriyəsi olan bir zavodun iş yoxdur deyə fəhlə maaş kartlarına banklar vasitəsi ilə ödəniş etməməsi, həmin fəhlələri nəğd pula günəmuzd işlədərək dövlət verigisindən yayınması əsas işbazlığın olmasından xəbər verməkdədir. Həmin zavodun Xosrov adlı baş mühasibi qanunların pozulmasına necə göz yumur..? Çox maraqlı sualdır bunun cavabını yəqinki Xosrov bəy redaksiyamızla əlaqə saxlayaraq bildirəcəkdir. Sahib Səfərovun qanunsuz tələblərini icra edənlər bir gün qanun qarşısında hansı cavabları verəcəklər. Cavabsız qalan qanunsuzluqlar isə onların son mənzili olacağı tam dəqiqdir.

«Bakunews»a məlumat verən mənbə qeyd edir ki, Sahib Səfərov qohumlarını qeyri qanuni olaraq zavod daxili vəzifələrdə yerləşdirib. Amma 30 ilin fəhlələrinə can qoyanlarına iş yoxdur deyə pulların ödəməkdən imtina edir. Bu azmış kimi Zavodun ərazisini icarəyə verib. Hansı ki, o icarəçilərin Şampan Şərablara heç bir aidiyyatı belə yoxdur. S.Səfərovun qohumları zavodu zəbt ediblər ailə podratçılığına çevrilən zavoda heç bir kəs məvacib ala bilmir.

S.Səfərovun yaxın qohumları: “Arzu-mühasibatlıqda işləyir, İlham-sklad rəisi, Rəşad-rəis müavini, Cavid-labaratoriya rəisi (labaratoriya təhsili olub olmaması soranın araşdırmasıdır), Rasim-araq sexinin rəis müavini, Musa-karopka sexinin rəisi, Azər-Satış rəisi”. Görünməyən qoruyucu silahı isə Həmkarların sədri Həqiqət xanım olduğu vurğulanır.

Ardı var.

Araşdırma davam edir
Bakunews
teref.az olaraq adları çəkilən şəxslərin və qurumların mövqeyin dinləyib dərc etməyə hazırıq.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.