Nazirin kadrı Cəlilabad başçısının xanım müavinini döydü - Təfsilat/Açıqlama

24-04-2017, 09:41           
Nazirin kadrı Cəlilabad başçısının xanım müavinini döydü - Təfsilat/Açıqlama
Cəlilabadda məmurlar arasında qovğa yaşanır; Bu insidentlər dövri mətbuatın hələ ki, gündəminə sızmayıb. Lakin rayonda ciddi şəkildə müzakirələrə, söz-söhbətə səbəb olub...

Ulus.Az-ın verdiyi xəbərə görə, hadisəərin ilkin inkişafı barədə yazartv.az saytı yazıb.

Belə ki, gənclər və idman naziri Azad Rəhimovun Cəlilabad Rayon İcra Hakimiyyətində olan kadrına qarşı zorakılıq olub. Nazirin başçı müavini olan xanım kadrı aşağılanıb.

Sayt yazır: “Gənclər və İdman Nazirliyinin Cəlilabad rayon şöbəsinin rəisi Ramin Rəhimov bizə məlum olmayan səbəbdən Cəlilabad rayon Təhsil Şöbəsinə gələrək müdir Elminaz Nadirovanın iş otağına hücum etmiş, onu küçə söyüşləriylə təhqir etmişdir.

Bununla da, Elminaz xanım Cəlilabad rayon Təhsil Şöbəsinin bütün kollektivi gözü qarşısında şərəf və ləyaqəti alçaldılmış və işgüzar nifuzuna ciddi xələl gətirmişdir.

Bununla ürəyi sakitləşməyən idarə rəisi Ramin Rəhimov 17-04-2017 ci il xuliqanlıq hərəkətini davam etdirərək Cəlilabad rayon İcra Hakimiyyətinin İctimai- Siyasi və Humanitar məsələlər üzrə müavini Dürdanə xanım Əliyevaya hücum etmişdir. Dürdanə xanımı heç bir etik və əxlaqi çərçivəyə sığmayan təhqiramiz sözlər ünvanlamaqla yanaşı hətta güc tətbiq etmişdir”.

Ulus.Az-ın verdiyi xəbərə görə, sayt Cəlilabad RİH-də çalışan insanların köməyilə Ramin Rəhimovun hadisə yerindən uzaqlaşdırıldığını yazıb. R.Rəhimovun bu hala düşməsi onun pisxatrop pereparatlardan istifadə etməsi deyilir.

Hər halda Cəlilabad rayon ProkurorluĞunda araşdırma aparılıb, yekun qərar veriləcək. Baş vermiş insidentlə bağlı Cəlilabad RİH-nin müavini, zərərçəkmiş D.Əliyeva sayta açıqlamasında baş verənləri təsdiqləyib.

Onun sözlərinə görə, Cəlilabad rayon Prokurorluğunda araşdırma aparılır: “Ümidvaram ki, hüquq-mühafizə orqanları ali qanunvericiliyi əldə rəhbər tutaraq Ramin Rəhimovu ciddi cəzalandıracaq və tutduğu vəzifədən azad edəcək.

Bazar günü olduğundan məlumatı ətraflı dəqiqləşdirmək imkanı olmadı. Nazirliyin yerli idarəsinin rəisi başçının xanım müavinini döyməkdə (bunu D.Əliyeva özü də təsdiqləyib), təhsil şöbəsi müdirini isə təhqir etməkdə ittiham edilib. Hər halda A.Rəhimov özü də ölçü götürüb, araşdırma aparacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.