Ziya Məmmədovun müavininə vəzifə verilməməsinin şok səbəbi
5-05-2017, 06:44

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun müavinlərindən Musa Pənahov vəzifə alsa da, digər müavini Arif Əsgərovla bağlı təyinat olmadı
Ulus.Az-ın xəbərinə görə, keçmiş dəmiryolçunun vəzifəsiz qalmasının səbəbi yuxarı dairələrdə nüfuzunun itirilməsi ilə əlaqədar olub.
Musa Pənahov nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini vəzifəsinə təyin olunub.
Keçmiş nəqliyyat naziri Ziya Məmmədov vəzifəsiz qalsa da, onun əsas fiqurlarından biri olmuş keçmiş müavin yenidən yeni nazirlikdə müavin təyin edilib.
M.Pənahov kifayət qədər yüksək əlaqələrə malik məmurdur. A.Əsgərov isə hakimiyyətin gözündən düşüb. Sabiq nazir müavini hazırda müdafiəsiz və himayəçisiz qalıb.
İki il öncə istintaqdan yayınmaq üçün Nəqliyyat Nazirliyində formal vəzifə tutan Əsgərov hazırda bütün immunitetini itirmiş durumdadır.
2004-2015-ci illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışmış A.Əsgərovun adı böyük qalmaqallarda hallanırdı.
Hətta 2013-cü ildə bu qalmaqallar üzündən onun həbs ediləcəyi də gözlənilirdi. Həmin il QSC-də külli miqdarda, daha dəqiq desək, 48 milyonluq yeyinti faktı aşkarlandı.
Özünün ən güclü himayəçisini itirmiş, vəzifədən məhrum olmuş Arif Əsgərovun aqibəti yaxşı görünmür.
Kifayət qədər pulu, malı-mülkü olan bu adam istintaqçıların və hakimiyyətdəki digər qruplaşma liderlərinin diqqətini çəkməyə bilməz.
Onu həbs etmək üçün kifayət qədər əsas da var. Ata-oğul Əsgərovların ayağında 48 milyon oğurluq var. Təkcə bu faktı qurdalamaqla A.Əsgərovu qandallamaq mümkündür.
Ulus.Az-ın xəbərinə görə, İsveç məhkəməsi Kanadanın beynəlxalq nəqliyyat infrastrukturu şirkəti olan “Bombardier”in bu ölkədəki törəmə şirkəti “Bombardier Transportattion”un əməkdaşı olan Rusiya vətəndaşını həbs edib.
Həmin şəxsin adı əvvəlcə açıqlanmamışdı, ancaq bildirilirdi ki, o və “Bombardier” şirkətinin bir neçə top-meneceri “Azərbaycan Dəmir Yolları” QSC ilə 2013-cü ildə bağlanmış müqaviləyə görə Azərbaycan vəzifəli şəxslərinə 56 milyon dollar “otkat” ötürülməsinə dair sövdələşmədə iştirak ediblər.
“Bombardier” Bakı-Böyük Kəsik dəmiryolu xəttinin siqnal sisteminin modernləşdirilməsi ilə bağlı 2013-cü ildə imzalanmış müqavilədən gedir. Müqaviləyə əsasən şirkət uzunluğu 503 km olan dəmiryolunda “İnterfilo 200” siqnal sistemlərini quraşdırımalıdır.
“Bombardier” şirkəti ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında bağlanmış müqaviləyə əsasən 46 siqnal avadanlığı birbaşa Azərbaycana göndərilir.
Ancaq pullar Londonda qeydiyyatdan keçmiş, nə ofisi, nə ünvanı, nə telefon nömrəsi olmayan hansısa şirkətə köçürülür.
Həmin puldan 56 milyon dolları “otkat” kimi Azərbaycan məmurlarına ötürülüb, qalanı isə belə görünür ki, Krapivinin ortaqlarına çatıb.
İsveç mətbuatı yazır ki, “Bombardier” şirkətinin daha bir neçə top-meneceri bundan əvvəl istintaqa cəlb olunub və dindirilib, bir top-menecer isə axtarılır.