Deputatın borc davasında şok ad: Milyonçu Hacı Salayevə ittihamlar
5-05-2017, 06:49

Deputat Hacı Salayevin adı həmkarı İqbal Məmmədovla iqtisadçı Qulu İbrahimlinin borc davası işinə qarışıb
Vətəndaşın borcunu qaytarmaq öhdəliyinin H.Salayevin üzərində olduğu aydınlaşıb.
İ.Məmmədov Q.İbrahimlinin ittihamlarına bakipost.az-a açıqlamasında münasibət bildirirək bu fakt üzə çıxıb.
Sitat: “Yazır ki, guya, 2009-cu ildən ona borcum var. Amma ola bilməz ki, kiməsə borcum olsun.
Təsis etdiyim "Kaspi Yıldız”, Lerikdəki "Relax” və qardaşımın "Lerik broyler” şirkətlərinin kiməsə borcu olsa, onu öz borcum bilərəm”.
Lerikin deputatı Q.İbrahimlinin pulunu “Gilan” holdinq”də almalı olduğunu söyləyib: “O vaxt "Gilan” holdinqin tərkibində "Azəriqaz servis” adlanan bir şirkət yaradılmışdı. Firmanın rəhbəri isə Qulunun yaxın dostu olan bir şəxs idi.
2010-cu ildə məni çağırdılar ki, bu müəssisə üç aydır fəaliyyət göstərir, gəlin müvəqqəti müdir olun, işləri yoluna qoyun. Şirkətdə 5 ay işləyəndən sonra Milli Məclisə seçkilər başladı.
Mən namizəd kimi seçkiyə qatılmaq istədiyimə görə ərizə yazıb həmin işdən çıxdım, sonra başqa adamlar rəhbər işlədi.
Ondan sonra nədənsə xəbərim olmayıb. Bəlkə Qulu həmin işini yekunlaşdırıb və buna görə ona borc yaranıb, deyə bilmərəm. Amma nə olubsa, bunun mənə dəxili yoxdur”.
Ulus.Az xəbər verir ki, deputat istiqamət verib və yolunu göstərib: “Şirkət bağlansa da, onun təsisçisi "Gilan” holdinq işini davam etdirir, əgər borc qalıbsa, get pulunu tələb et. Orda müdir deputatdır”.
Bu açıqlamada bakıpost.az-ın dəqiqləşdirməsinə görə həmin şəxs Mili Məclisin deputatı Hacı Salayevdir. H.Salayev ölkədə milyonçu deputatlardan biridir.
Onun çox yüksək əlaqələri var. AST Telman kimi tanınan milyarder Telman İsmayılovla qohum olduqdan sonra MM üzvü Hacı Salayev biznes imkanlarını daha da böyüdüb.
Millət vəkilinin biznesinə daxil olan müəssisələrdən biri də «Trust» Mühafizə şirkətidir. 3 min nəfərdən çox əməkdaşı olan şirkət ölkədəki xeyli obyektin mühafizəsini təşkil edir.
Bu obyektlər arasında banklar, istehsal müəssisələri, böyük satış mərkəzləri, əcnəbi şirkətlərin ölkəmizdəki nümayəndəlikləri və digər obyektləri var. «Trust»un əməkdaşlarının mühafizə etdiyi böyük şirkətlər arasında «Pepsi-coca cola» şirkəti də var.
Hacı Salayevin oğlu Kənan Salayev milyarderin qardaşı qızı Arzu Mərdanova ilə ailə həyatı qurub. Millət vəkili “Lake Palace Hotel”i tikdirib.
Onun oğlu Turqut Salayev isə 10-TT-010, 90-DD-010 nömrəli bahalı maşınları ilə şəhərdə meydan sulayır.