NAZIR HEYDƏR ƏSƏDOVUN DAHA BIR XIDMƏT RƏISINƏ AĞIR ITTIHAM

5-05-2017, 07:34           

Azırbaycan kənd təsərrüfatı naziri cənab Heydər Əsədova "at əti" istehsalçılarından MÜRACİƏT...
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Rəisinə
Surəti: Kənd Təsərrüfatı Nazirliyi Yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Daşkəsən və Göygöl Baytarlıq İdarələrinə
Surəti: Daşkəsən rayon Polis Şöbəsinin rəisinə
“Meat Trading” MMC-nin (VÖEN- 2903947881) direktoru Hüseynov Ceyhun Kamil oğlu
Vergi ödəyicisi-fiziki şəxs Qarayev İlham Teyyub oğlu
(VÖEN- 2303403102) tərəfindən
Ünvan: Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 31, mənzil 6
Ünvan: Gəncə şəhəri, Nəriman Nərimanov küçəsi, 39A/10, mənzil 26.
“Elba” MMC-nin mülkiyyətində olan Daşkəsən rayonu Quşçu-Körpü kəndi ərazisində yerləşən Əmlak Kompleksinin 108 kvadrat metr sahəsi olan soyuducu anbar sahəsi “Meat Trading” MMC ilə “Elba” MMC arasında bağlanmış 04 aprel 2017-ci il tarixli, 11 №-li İcarə müqaviləsinə əsasən “Meat Trading” MMC-nə 01.01.2018-ci il tarixinədək icarəyə verilmişdir. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Daşkəsən və Göygöl rayon Baytarlıq İdarələrinin əməkdaşları Daşkəsən RPŞ-nin əməkdaşları ilə birgə 26 aprel 2017-ci il tarixdə saat 20.05 radələrində Daşkəsən rayonu Quşçu körpü kəndində “Elba” MMC-nə məxsus əmlak kompleksinin binasına MMC-nin direktorunun və etibarnaməli nümayəndəsinin iştirakı olmadan qanunsuz daxil olunaraq baxış keçirilmiş, keçirilmiş baxış zamanı aşkar olunmuş ət məhsullarından at əti “Meat Trading” MMC-nə məxsus olmuşdur, hər iki soyuducu kameralardan aşkar olunmuş iribuynuzlu heyvan-- dana əti və ət məhsulları vergi ödəyicisi-sahibkar Qarayev İlham Teyyub oğluna məxsus olmuşdur, baxış zamanı “Elba” MMC-nə məxsus hər hansı mənşəyi bilinməyən ət və ət məhsulları aşkar edilməmişdir. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Daşkəsən və Göygöl rayon Baytarlıq İdarələrinin əməkdaşları tərəfindən keçirilən baxış zamanı ət sahibləri “Meat Trading” MMC-nin nümayəndəsinin iştirakı təmin edilməmiş, baxış zamanı tərtib olunmuş 26 aprel 2017-ci il tarixli aktın surəti və ətlərin və ət məhsulların yararlığını müəyyənləşdirmək məqsədilə Respublika Baytarlıq Laboratoriyasına göndərmək üçün götürülmüş 30 ədəd nümunələr “Elba” MMC-nin nümayəndəsinə, “Meat Trading” MMC-nin nümayəndəsinə və Qarayev İlham Teyyub oğluna təqdim olunmamışdır, ət və ət məhsullarının dəqiq çəkiləri çəkilməmiş, ət nümunələri qablaşdırıldıqdan sonra qablaşdırmanın üzərinə “Elba” MMC-nin və “Meat Trading” MMC-nin nümayəndələrinə və vergi ödəyicisi Qarayev İlham Teyyub oğluna imza etdirilmədən nümunələr Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Respublika Baytarlıq Laboratoriyasına göndərilmişdir. Baxış zamanı götürülmüş ət və ət məhsulların sahiblərinə ət nümunələri verilmədiyi üçün, qeyd olunan şəxslərin sahibkar hüquqları pozulmuş, onlar ət nümunələrini Dövlət Baytarlıq Nəzarəti Xidmətinin tabeliyində olmayan digər baytarlıq laboratoriyalarında müayinəyə təqdim edə bilməmişlər.
Bundan əlavə yoxlamaların nəticələrinə dair qəbul olunmuş qərarın surəti bu vaxta kimi “Elba” MMC-nin nümayəndəsinə, “Meat Trading” MMC-nin nümayəndəsinə və Qarayev İlham Teyyub oğluna təqdim olunmamışdır.
Bildiririk ki, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Gəncə Baytarlıq İdarəsi tərəfindən “Meat Trading” MMC-nə at ətinin kəsimi ilə bağlı 07 dekabr 2016-cı il tarixli 20/023 №-li “Heyvanların (və ya heyvan qrupunun) identikləşdirilməsi haqqında” Şəhadətnamə verilmiş və “Meat Trading” MMC 2017-ci ilin yanvar, fevral və mart aylarında Gəncə Baytarlıq İdarəsinin baytar həkiminin iştirakı ilə ümumilikdə 8625 (səkkiz min altı yüz iyirmi beş) kiloqram təşkil edən 72 baş at heyvanı kəsilmiş, baytar həkimi tərəfindən möhürlənmiş, həkim tərəfindən nümunələr götürülərək laboratoriya analizindən keçirilmiş, yararlı ət olması təsdiq olunmuş və soyuducuya yerləşdirilmişdir. Bununla əlaqədar Gəncə Baytarlıq İdarəsinə “Meat Trading” MMC–nin direktoru Hüseynov Ceyhun Kamil oğlu tərəfindən xidmət haqqı ödənilmişdir (mədaxil qəbzlərinin surəti və 20/023 №-li Şəhadətnamənin surəti ərizəyə əlavə edilibdir).
Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Daşkəsən və Göygöl rayon Baytarlıq İdarələrinin əməkdaşları Daşkəsən rayonu Quşçu körpü kəndində yerləşən əmlak kompleksində keçirdikləri yoxlama zamanı laboratoriya müayinəsi üçün götürdükləri Vergi ödəyicisi Qarayev İlham Teyyub oğluna məxsus 4 baş iribuynuzlu heyvana (inəklərə) məxsus başlar, dərilər, ümumilikdə 300 kq-dən artıq ətlər 07, 15 və 20 aprel 2017-ci il tarixdə İlham Qarayev tərəfindən Quliyeva Elnarə İsrayıl qızından, Salmanov Xanoğlan Şahməmməd oğlundan və Həşimov Məmməd Mərkəz oğlundan alış aktlarına əsasən diri vəziyyətdə alınmış və kompleksin kəsim sexində kəsilərək əmlak kompleksinin soyuducularına yerləşdirilmişdir. Vergi ödəyicisi Qarayev İlham Teyyub oğlu ilə “Elba” MMC arasında 19 avqust 2016-cı il tarixdə bağlanmış icarə müqaviləsinə və həmin müqaviləyə əlavə olunan 17 fevral 2017-ci il tarixli razılaşmaya əsasən İlham Qarayev “Elba” MMC-nin Gəncə şəhərində yerləşən Əmlak kompleksindən 400 kv. metr istehsalat sahəsini və Daşkəsən rayonu Quşçu körpü kəndində yerləşən əmlak kompleksinin kəsim sexini icarəyə götürmüşdür.
Bundan başqa tərtib olunmuş 26 aprel 2017-ci il tarixli aktda fərdi sahibkar Qarayev İlham Teyyub oğlu səhv olaraq Elba kəsim və emal fabrikasının iş icraçısı kimi qeyd olunmuşdur, bu mümkün olan hal deyildir, belə ki 02.08.2016-cı il tarixdən vergi ödəyicisi kimi vergi orqanlarında qeydə alınan Qarayev İlham Teyyub oğlu digər MMC-də iş icraçısı işləməsi qanunla yol verilmir.
Bundan əlavə Atai Kənan Adil oğlunun mülkiyyətində olan və Əliyev Nafiq Rüstəm oğlunun etibarnaməli idarəçiliyində olan “Hyundai” markalı 99-KV-790 dövlət qeydiyyat nişanlı avtomobilinə keçirilən baxış nəticəsində götürülərək qablaşdırılmış ət nümunələrinin qablaşdırmalarında avtomobilin sürücüsü Əliyev Nafiq Rüstəm oğluna imza etdirilməmişdir. Bütün bu hallar Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Daşkəsən və Göygöl rayon Baytarlıq İdarələrinin Respublika Laboratoriya Mərkəzinə təqdim etdikləri bağlama nümunələrinə qablaşdırılmış ət və ət məhsullarının məhz “Hyundai” markalı 99-KV-790 dövlət qeydiyyat nişanlı avtomobilindən və Daşkəsən rayonu Quşçu-Körpü kəndi ərazisində yerləşən Əmlak Kompleksindən götürülmüş ət və ət məhsulları olması məsələsini ciddi şübhə altına alır. Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Daşkəsən və Göygöl rayon Baytarlıq İdarələrinin 26 aprel 2017-ci il tarixdə Daşkəsən rayonu Quşçu Körpü qəsəbəsində əmlak kompeksindən götürdükləri ət və ət məhsullarının nümunələri bizə təqdim olunmalıdır ki, həmin ət nümunələrinin laborator müayinələrdən keçirilməsi üçün Beynəlxalq Laboratoriya mərkəzlərinə, müstəqil laboratoriya mərkəzlərinə müayinə üçün təqdim edilsin.
Sizə rəsmi qaydada müraciət edərək tələb edirik ki, 26 aprel 2017-ci il tarixli aktın surəti və ətlərin və ət məhsulların yararlığını müəyyənləşdirmək məqsədilə Respublika Baytarlıq Laboratoriyasına göndərmək üçün götürülmüş 30 ədəd nümunələrini hər birinin nüsxəsini, laborator müayinələrinin ekspertizanın nəticələri barədə rəyin surətini, yoxlamaların nəticələrinə dair qəbul olunmuş qərarın surətini bizə təqdim edəsiniz.
Qanunun tələblərinə görə qeyd olunan sənədlərin surəti mütləq qaydada bizə təqdim edilməlidir.
Qeyd: Ərizə və ona əlavə olunuş sənədlər poçt vasitəilə Dövlət Baytarlıq Nəzarəti Xidmətinə, Daşkəsən və Göygöl Baytarlıq İdarəsinə təqdim olunmuşdur.
tezadlar.az
NAZIR HEYDƏR ƏSƏDOVUN DAHA BIR XIDMƏT RƏISINƏ AĞIR ITTIHAM












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.