Elman Rüstəmov Rüfət Aslanlıya təslim edilir: Müdhiş çəkişmənin detalları

11-05-2017, 08:39           
Elman Rüstəmov Rüfət Aslanlıya təslim edilir: Müdhiş çəkişmənin detalları
Mərkəzi Bank sədri Elman Rüstəmov Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlıya uduzdurulur

Əslən Cəbrayıl rayonundan olan ölkənin baş bankiri 1995-ci ildə prezidentin sərəncamı ilə ilk dəfə Azərbaycan Respublikası Milli Bankının İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

Bank rəhbəri geridə qalan müddətdə özü üçün geniş imkanlar yaradıb. "Planet" şadlıq sarayının, "Subaru", "Bakı İnvest Holdinq"in, "Bakı Sığorta", "Səba broyler", "Honda", "Mitsubishi", "Bakı taksi" və "Bank Respublika"nın onun biznes şəbəkəsinə daxil olması haqda kifayət qədər ciddi faktlar ortaya qoyulub.

Onun tikinti bazarında da böyük payının olduğu bildirilir. Xüsusən köhnə "Şüşəli Bazar" ətrafında tikilən kooperativ evlər və Səudiyyə Ərəbistanının səfirliyinə kirayə verilmiş malikanənin ona məxsus olduğu bildirilir.

Lakin Elman Rüstəmovun biznesinə daxil olan qurumların bəziləri ciddi böhran içərisindədir. Onların bir qismi ciddi zərərlə işləməyə başlayıblar.

Bu yaxınlarda məlum oldu ki, Azərbaycanın ən böyük broyler məhsulu istehsalçısı “SƏBA” (keçmiş “Dəvəçi Broyler”) ilk dəfə ziyana düşüb. Ardınca “Respublika bank” bağlandı.

Ulus.Az xəbər verir ki, E.Rüstəmov manatın başına açdığı oyuna və iqtisadiyyatı iflic etdiyinə, maliyyə bazarlarında xaos yaratdığına görə məsuliyyət daşıyır.

Əslində, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması məhz AMB-nin fəaliyyətini məhdudlaşdırmaqdır.

Mətbuat yazır ki, son aylarda isə MB-la MBNP arasında qarşıdurma olduğu müşahidə edilir. Bu mübarizənin növbəti raundu “Bank Standart”ın bağlanmasında öz əksini tapdı.

MBNP-ının yaradılması da ondan xəbər verir ki, bank-kommersiya sektorunda islahatlar aparılır və tədricən Mərkəzi Bank əhəmiyyətsiz quruma çevrilir.

Elman Rüstəmovun da səlahiyyətlərinin Rüfət Aslanlıya veriləcəyi onun nəqliyyat naziri Ziya Məmmədovun taleyini yaşayacağına işarədir. R.Aslanlı isə bütün qərarlarında və addımlarında E.Rüstəmova qarşı getdiyi görünür.

Rüfət Aslanlı əlindəki geniş imkanlardan yararlanmaqla Mərkəzi Bankın rəhbərini küncə sıxışdırmaq, daha doğrusu onu neytrallaşdırmaq niyyətindədir.
Prezident İlham Əliyevin bir müddət əvvəl imzaladığı sərəncamla Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradıldı.

Və Rüfət Aslanlı qurumun Direktorlar Şurasının sədri təyin edildi. Adları çəkilən qurumlar hər addımda biri-birinin işinə mane olmağa çalışır.

Mediada gedən bilgiyə görə, həmin qurumlara rəhbərlik edən Rüfət Aslanlı ilə Elman Rüstəmov arasında münasibətlər o qədər gərginləşib ki, bank rəhbərləri də qorxudan bu şəxslərin heç biri ilə təmasa keçib problemlərini həll edə bilmirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.