Heydər Əsədovun “baytarlıq əməliyyatı” Bərdəni qarışdırdı - Şok təfsilat
19-05-2017, 09:00

Bərdə Şəhər Baytarlıq İdarəsinin rəisi Mehman İsmayılovun başı təzədən cəncəldədir.
teref.az yazır ki, Regionxeberleri.com-un verdiyi xəbərə görə, keçmiş kənd təsərrüfatı naziri İsmət Abbasovun dövründə işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilsə də, yeni nazir Heydər Əsədovun dövründə işinə qaytarılıb.
M.İsmayılov buna qədər Ağcabədi rayon Baytarlıq İdarəsinin rəis müavini də işləyib. Lakin orda da ciddi narazılıqlar yaranıb.
Bərdəyə qayıdışından sonra isə M.İsmayılov əməllərindən geri qalmayıb. Onun kollektiv arasında hegemonluq etməsi, vətəndaşlarla qaba rəftarı azmış kimi işçilərin maaşını mənimsədiyi haqda iddialar var.İdarə rəisi Maliyyə Nazirliyi və KTN-dən yoxlama gəldiyini bəhanə edərək onları yola salmaq üçün idarə işçilərinin maaşına sahiblənib.Bundan narazılıq edən 5 nəfər idarə işçisi Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə, KTN rəhbərliyinə və ayrı-ayrı dövlət quurmlarına şikayət göndəriblər.Bu məlumatlar əsasında nazirliyin hüquq şöbəsindən Bərdə Baytarlıq İdarəsinə yoxlama gəlib.
Regionxeberleri.com-un verdiyi xəbərə görə, həmin işçilər M.İsmayılovun yanında onların maaşını götürdüyünü təsdiqləyiblər.
Nazirlikdən gələn komissiya izahatları alıb Bakıya dönüb. Ancaq bu müddətdə idarə rəisi barəsində heç bir tədbir görülmədiyi bildirilir.
O da deyilir ki, M.İsmayılov heç nədən çəkinməyərək idarənin həyətini bir fiziki şəxsə 7 min manata satıb və həmin adam ərazini hasarlayıb.
Bundan əlavə, onun işçilərin üzünü belə görmədiyi sürücünü ştata yazdırıb maaş karıtın üstündə gəzdirdiyi aydınlaşıb. Bu barədə Bərdədə danışırlar.
2010-cu ildə Mehman İsmayılov bildirib ki, nazirə qarşı işə bərpa və məcburi iş buraxma ilə əlaqədar əməkhaqqının ödənilməsinə dair Bakının Səbail rayon Məhkəməsində iddia qaldırıb.O, işdən uzaqlaşdırılmasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi Siyalə Rüstəmovanı da ittiham edib.
M.İsmayılovun qənaətinə görə, S.Rüstəmova ona qarşı qərəzli mövqe tutub, onun rəhbərlik etdiyi rayon şöbəsinə bir ayda iki dəfə yoxlama göndərib və nazirə əsassız şəkildə qərəzli məlumatlarla dolu məruzə təqdim edib.
Onu da deyək ki, nazirə güc nümayiş etdirməyi bacaran Mehman İsmayılov vəzifəsinə Ağcabədidə biganə yanaşmağa başlayır və işə sadəcə ürəyi istəyən vaxt gəlir.Dəfələrlə onun işə biganə yanaşması ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi Azər Süleymanova müraciətlər edilsədə heç bir nəticə olmur. Çünki Mehman İsmayılovun nazirə güc nümayiş etdirməsinə görə hamı ondan ehtiyat edir.