Bakıda holdinq rəhbərinin oğlu maşınla polkovniki vurubmuş... - O, niyə öldü?

15-07-2017, 18:32           
Bakıda holdinq rəhbərinin oğlu maşınla polkovniki vurubmuş... - O, niyə öldü?
Ötən gün ölkə mətbuatında iş adamı, “Xaliq Faiqoğlu” MMC-nin rəhbəri Faiq Seyidovun oğlu Xaliqin bir neçə il əvvəl ağır yol qəzası törədərək adam öldürməsi və məsuliyyətdən yayınması ilə bağlı məlumat dərc edilmişdi. “AzPolitika.info”ın yaydığı məlumatına görə, sözügedən hadisə 2014-cü ildə “Memar Əcəmi” metrostansiyasına yaxın ərazidə baş verib. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları biznesmenin oğlunun barəsində heç bir ölçü götürməyiblər.

Criminal.az saytının apardığı araşdırma ilə holdinq rəhbərinin oğlunun törətdiyi hadisə ilə bağlı qaranlıq məqamlara aydınlıq gətirib. Məlum olub ki, X.Seyidov 2014-cü il mayın 18-də Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi kimi tanınan ərazidə 10-LU-090 dövlət nömrə nişanlı “Mercedes GL” markalı avomodillə Müdafiə Nazirliyinin polkovnik-leytenantını vuraraq öldürüb.

Nəsimi rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən aparılan araşdırma nəticəsində X.Seyidov məsuliyyətdən kənar qalıb və işə xitam verilib. Səbəb isə hərbiçinin yol qəzasında deyil, ürək problemindən öldüyü göstərilib.

"Xaliq Faiqoğlu" şirkətinin baş direktorunun müşaviri Zamiq Şükürov Criminal.az saytına açıqlamasında bildirdi ki, hadisə 2014-cü ildə baş verib. Vurulan şəxs isə hadisə vaxtı deyil, 5 gün sonra xəstəxanada rəhmətə gedib.

''Hətta maşınla vurulan hərbiçinin müalicə xərcləri üçün Faiq müəllim Türkiyə ilə danışıq aparmışdı. Lakin zərərçəkmişin ailəsi bununla razılaşmadı və Müdafiə Nazirliyinin Hərbi Hospitalında müalicə olunmasını lazım bildi. Vurulan zabit bud nahiyəsindən xəsarət almışdı və cərrahi əməliyyat edilmişdi. Onun qəzada aldığı xəsarətlər ölümcül olmayıb. Heç reanimasiyaya da olmayıb, palata da yerləşdirlib. Ailəsi heç o vaxt Mərkəzi Klinikaya da yerləşdirilməsini istəmədi.

Bildirdilər ki, hospitalda müalicə alsın və xəstəliyi ilə əlaqədar da təqaüdə çıxsın. Hadisədə cinayət tərkibi olmayıb və işə xitam verilib''-Z.Şükürov qeyd edib.

Z.Şükürov əlavə etdi ki, mətbuatda gedən yazılarla bağlı Dövlət Təhlükəsizlik Xidməti və Mətbuat Şurasına müraciət ediləcək. Çünki bu işlə bağlı əvvəllər məlumat yayan və hazırda həbsdə olan baş redaktorla bağlı DTX tərəfindən aparılan istintaq işində Faiq Seydov və Xaliq Seyidov şahid qismində dindirilib.

Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini, Həqiqi hərbi xidmətə çağırış Baş İdarəsinin rəisi Novruzəli Orucovun oğlu Rüstəm Orucovun xuliqanlıq əməlinə və avtobus sürügörə həbs edilib, özü isə ölkə başçısı tərəfindən işdən çıxarılıb.

Maraqlı hal odur ki, general oğlunun döydüyü avtobusun sürücüsü ''Xaliq Faiqoğlu'' şirkətinin işçisidir.

Xatırladaq ki, F.Seyidovun adı bir müddət əvvəl Bakıdakı ''Safastore'' supermarketində ''Riyad'' mühafizə xidməti əmədaşları ilə qarşıdırma və nəticədə iş adamı Azadxan Xanməmmədovun həbsində hallanmışdı. Həbs olunan iş adamının arvadı Əsmər Fətullayeva mətbuatda açıqlama vermişdi ki, Binəqədi rayonu, M.Cəlal küçəsi 1D ünvanında yerləşən, təxminən 2000 kv.m həcmində qeyri-yaşayış sahəsi həyat yoldaşımın mülkiyyətində olub və həmin qeyri-yaşayış sahəsinın bir hissəsi 5 ildir ki, zəbt olunaraq, bir hissəsində “Safastore” adı altında supermarket açılıb. O, həmçinin “Safastore” mağazasının sahibinin Faiq Seyidov olduğunu, onun isə nə qanunlara tabe olduğunu, nə də xahiş eşidtdiyini demişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.