DSMF-nin Zərdab rayon şöbəsində daha bir korrupsiya halı iddiası - FOTOFAKT
18-07-2017, 20:54

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Zərdab rayon şöbəsinin müdiri Canpolad Vəliyev barədə redaksiyamıza dəfələrlə şikayət məktubları daxil olmuşdu.
teref.az-da dərc olunan yazılardan sonra hətta bir neçə dəfə C. Vəliyevin rəhbərlik etdiyi qurumda yoxlamalar da aparılıb.Amma bütün bunlara baxmayaraq DSMF Zərdab rayon şöbəsinin müdiri C. Vəliyev barədə heç bir ölçü götürülməyib.Bu gün isə saytımıza C. Vəliyevin daha bir korrupsiya əməli barədə şikayət daxil olub. Şikayətçi korrupsiya əməllərini ifşa edən sənədləridə təqdim edib. teref.az olaraq şikayəti sizə təqdim edirik:
Zərdab şəhəri H.Əliyev küçəsi ev 23 sakini Mirzəyev Rövşən Cəfər oğlu tərəfindən
ƏRİZƏ
Mən Mirzəyev Rövşən Cəfər oğlu mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət etmək istəyirəm.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon şöbəsinin müdiri Canpolad Vəliyevin törətdiyi korrupsiya cinayəti tam subuta yetirilsədə indiyə qədər onun barəsində heç bir tədbir görülməmişdir.Cəzasız qalan korrupsioner müdir azğınlaşaraq korrupsiya əməllərini davam etdirir.
Hörmətli Mehriban xanim təqdim etdiyim cədvəllərdə Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon şöbəsinin müdürü Canpolad Vəliyevin törətdiyi korrupsiya faktlaridir. Cədvəllərdə gösdərilir ki, Canpolad Vəliyev Azərbaycan Respublikasının Prezidentinin fərmanlarının tələblərini bilərəkdən pozaraq dövlətin küllü miqdarda pulunu öz şəxsi maraqları xatirinə təyinatından yayındırmışdır.Bütün bu özbaşinaliqlarin başında dayanan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri Əjdər Cəbiyevdir. Prezident İlham Əliyevin məmur özbaşınalıqları barəsində verdiyi gösdərişlərdən Əjdər Cəbiyev heç bir nəticə çıxarmır. Bu korrupsioner Canpolad Vəliyevin barəsində ciddi tədbir görülməsinə gösdəriş verməyinizi sizdən xaiş edirəm.
Hörmətlə Mirzəyev Rövşən Cəfər oğlu Zərdab şəhəri H.Əliyev küçəsi ev 23 sakini



