Ölkənin baş sanitar həkmi milyonları necə qazanıb?
19-07-2017, 00:12

Bayıl qəsəbəsinin bir qrup sakini teref.az-ya şikayət ünvanlayıb. Onlar bir zamanlar 2 mərtəbəli olan “Moon Crown” restoranının binasına 3-4 mərtəbə əlavə edilərək bütün qarşı tərəfin tutulduğunu, onsuzda dənizə həsrət qaldıqları bir zamanda , dəniz havasınında qarşısının kəsildiyindən şikayət edirlər.
Onlar yazır, “ Necə olur ki, biz daşı daş üstünə qoymaq istəyən kimi bizə buranın sürüşmə zonası olduğunu xatırladırlar. Lakin “Moon Crown” birdən birə o boyda tikinti işləri aparır?” Terf.info olaraq əmıəkdaşımız Bayıl qəsəbəsinin girişində yerləşən “Moon Crown” restoranında olduq. Restoran fəaliyyətini dayandırıb. Lakin qonşuların yazdığı kimi həqiqətəndə tikinti işləri gedir. Əməkdaşımız internetdə araşdırma aparıb və aşkar etdiyi məlumatları oxucularla bölüşürük
Ölkənin baş sanitar həkmi milyonları necə qazanıb?
Səhiyyə nazirinin müavini Abbas Vəlibəyov heç kimi vecinə almadan kommersiya obyektlərini böyüdür
Bu obyektin səhiyyə nazirinin müavini – respublikanın baş dövlət sanitar həkimi postunu tutan Abbas Vəlibəyovin olduğunu aydınlaşdırdıq.
Bu şəxs 18 ildir səhiyyə nazirinin müavini – respublikanın baş dövlət sanitar həkimi postunu tutur.. Heç demə o, sadə məmur həyatından yüz qat uzaq, soyadına uyğun olaraq, bəy kefində yaşayırmış. Nəyin hesabına, hansı bacarıq və istedadına görə? Mediada bu adamın böyük məbləğdə pul gətirə biləcək nəsə bir ideya irəli sürməsi və onu öz imkanları ilə həyata keçirməsi barədə heç bir məlumat yoxdur.
Amma...
Bir sıra internet resurslarında (məs., http://www.unikal.org/w156194.html) gedən məlumatlarda bildirilir ki, 1999-cu ildən bu günə kimi səhiyyə nazirinin birinci müavini vəzifəsində çalışan Abbas Vəlibəyovun milyonluq obyektləri var. Təkcə Bakıdakı ev və ticarət obyektlərinin sayı 10-a yaxındır. Bunların arasında Yasamal, Nəsimi və Səbail rayonlarındakı restoranların adı xüsusi çəkilir: “Elbara”, “Qrient” və “Moon Crown”. Bayıl, Nardaran və Bilgəh ərazilərində milyonluq bağ evi, həmçinin Bakının Nizami küçəsində, məşhur Torqovu kimi tanınan ərazdə böyük mənzilin də nazir müavininə məxsus olduğu söylənilir.
Yasamalda, Z.Xəlilov küçəsində yerləşən “Elbara” dörd il əvvəl burada baş vermiş güllələnmə hadisəsi ilə əlaqədar daha məşhurdur. Kriminal razborkaya məkan olsa da, restoran öz işini davam etdirir.
Adı çəkilən “Moon Crown” isə hazırda işləməsə də, böyüməkdədir... Obyektin sahibi əvvəlki daş binanın üzərinə dəmir konstruksiyalarla bir neçə mərtəbə əlavə etməyi qərara alıb və bu dəqiqə orada qızğın iş gedir. Əslində, bu “dəmir bina” tikini qaydaları kobud şəkildə pozularaq inşa edilir. İri, ağır dəmir konstruksiyalar həmin ünvanda imkansız adamların yaşadıqları mənzillərin üstündə “oturub”... Necə deyərlər, altda qalanın canı çıxsın! Restoranın sahibi, nəyin bahasına olursa, olsun, öz müştəriləri üçün “dəniz peyzajı” yaradır!.. Yol tərəfdən baxanda heç də gözə dəyməyən bu tikinti arxa tərəfdən baxanda necə böyük yenidənqirma işlri aparıldığına dəlalət edir.
Abbas Vəlibəyovun bu restoranın sahibi olmasını təsdiq edən fakt – elə restoranın öz adıdır: “Moon Crown” – azərbaycanca “Ay Tac”dır. Bir çox sirlərin faş olduğu internet məkanında Vəlibəyova Aytac Abbas qızının Səbail rayonunda daşınmaz əmlak problemləri ilə bağlı məhkəmə çəkişmələri haqqında məlumatlar tapmaq mümkündür. Yəni nazir müavinin öz əmlakını övladlarının adlarına rəsmiləşdirdiyini ehtimal etmək olar. Çox maraqlı bir sual da yaranır: əgər bu obyektin sahibi A.A.Vəlibəyovadırsa, onda son illərdə əmlak davası apardığı Səbail Rayon İcra Hakimiyyətinin gözü qarşısında “Moon Crown”u nəhəng dəmir konstruksiyalarla mərtəbə-mərtəbə qaldırmağa necə nail olur?
Paytaxtın arxitekturasını zədələyən, vətəndaşların rahatlığını pozan belə əndrəbadi tikintiyə kim və nəyə görə icazə verib? Görəsən şəhər meri, xırda bir iş olan kimi orda olan Hacıbala müəllimin niyə gözləri bağlanıb? Bu suallar ictimai maraq doğurmaya bilməz.
Azərbaycan Tibb Universitetinin yaxınlığında yerləşən “Qrient”in də səhiyyəmizin inkişafına deyil, Abbas müəllimin şəxsi maraqlarına xidmət eməsi şübhə doğurmamalıdır.
Bəs, dövlət məmuru kimi A.Vəlibəyovun bu qədər varidata sahib olması mümkündürmü? Məmur maaşı ilə restoranlar şəbəkəsi yaratmaq, çoxsaylı kommersiya obyektləri əldə etmək olarmı?
Bir il əvvəl yenə informasiya portallarından birində yerləşdirilmiş “Səhiyyə nazirinin müavini Abbas Vəlibəyov haqda” başlıqlı yazıya nəzər yetirək (http://bakunews.az/gundem/15248-sehiyye-nazirinin-muavini-abbas-velibeyov-haqda-.html). Jurnalistlərin apardığı araşdırmalar göstərib ki, uzun ilərdir nazir müavini işləyən Vəlibəyov ölkə səhiyyəsinin inkişafı məqsədilə heç bir iş görə bilməyib. Əksinə, onun adı Əli İnsanov nazir işləyərkən bir sıra əyri işlərdə hallandırılıb. İddialara əsasən, sabiq nazir tutduğu vəzifədən azad olunarkən Abbas Vəlibəyov böyük həyəcan yaşayıb, hətta onun səhhətində bir müddət problem belə yaranıb. Lakin sonradan kimlərinsə sayəsində nazir müavininin postuna olan təhlükə sovuşub. Əldə olunan məlumatlarda bildirilir ki, A.Vəlibəyov, əslində, nazirliyin əsas fiqurlarından biri hesab edilir. Belə ki, nazirliklə bağlı olan kadr məsələlərinin əksəriyyəti onun razılığı əsasında həyata keçirilir. Bundan başqa, səhiyyə müəssisələrinin təmir-tikinti işləri ilə bağlı elan edilən tenderlərdə də onun payının olduğu bildirilir. Məhz bu tip işlərə imza atan nazir müavini nəhəng biznes imperiyasına sahib çıxmağı bacarıb.
Nazir müavininin keçmiş rəhbəri Əli İnsanovla əlaqələrini kəsmədiyi, hətta tez-tez sabiq nazirə «peredaça» göndərdiyi barədə də iddialar səslənir.
Ölkə rəhbəri dəfələrlə dövlət məmurlarının davranış normaları ilə bağlı fikirlərini bildirib. Bu yaxınlardakı çıxışında bir çox məmurların özlərini apara bilmədiklərini, kobud səhvlər buraxdıqlarını deyib və belələrinə sərt xəbərdarlıq edib.
Ölkənin sanitar-gigiyenik vəziyyətinə nəzarət etməli olan nazir müavini A.Vəlibəyovdan da, yəqin ki, haqq-hesab soruşan, onun həkim, yoxsa vəzifəsinin verdiyi imkanlardan tamah məqsədilə istifadə edib özünə biznes imperiyası quran “iş adamı” olduğunu müəyyənləşdirən tapılacaqdır.
Köpnül.
teref.az




