ŞOK: "Yeni Nəsil" kilinikasında vətəndaşlar necə aldadılır?
24-07-2017, 16:42

Azərbaycanda fəaliyyət göstərən özəl klinikalardakı qanunsuzluqlar, xəstələrin aldadılması faktları, rüşvət və korrupsiyalarla bağlı çeşidli informasiyalar yayımlanmaqdadır.
Ölkənin səhiyyə sistemində adi hala çevrilmiş bu olayların daha da artması isə insanları şoka salır. Artıq bir neçə klinikada analizlərə və müayinələrə görə tələb olunan məbləğin artması xəstə yaxınlarının ciddi narazılığına səbəb olub.
Şikayətlər arasında reklam çarxları televiziyalarda yayımlanan və bu iş üçün küllü miqdarda vəsit ayıran "Yeni Nəsil" tibb mərkəzi ilə bağlı gələn xəbərlər daha dəhşətlidir. Qeyd edilən kilinika Nərimanov rayonu ,Aşıq Molla Cuma küç,39A-da yerləşir. Kilinikanın 20-yə yaxın həkim kollektivinin olduğu bildirilir.Digər bir məlumatda isə bildirilir ki, baş həkim Qətibə Abdullayeva rəhbər olduğu kilinikada özünəməxsüs qanunları tədbiq edib. Belə ki, burada bəzi tibbi avadanlıqlardan istifadəyə görə qiymətlər süni şəkildə şişirdilir və vətəndaşlardan elementar tibbi xidmətlər üçün fantastik rəqəmlər tələb olunur. Əməkdaşımız klinikada dodaq uçuqladan qiymətlərlə tanış olub. Müxbirimiz öyrənib ki, klinika rəhbərliyi heç bir meyara, bazaar tariflərinə əsaslanmadan öz qiymətlərini müəyyənləşdirib.
Əvvəlcə, tibb mərkəzinə girər-girməz bir xanım vətəndaşın başının üstünü kəsdirir və qeydiyyatdan keçməli olduğunu nəzərinə çatdırır. Qeydiyyat şöbəsinə yaxınlaşdıqda isə klinikanın xanım əməkdaşları hansı həkimin qəbulunun neçəyə olduğunu açıqlayır. Məlum olur ki"Yeni Nəsil" tibb mərkəzində 40-50 manatdan aşağı qəbul yoxdur.
Adi bir müayinə üçün xəstə soğan qabığı kimi soyulur. Pasinetə təqdim olunan qəbzdə isə niyə məhz bu qədər pul aldığı izah edilmir. Yəni, klinika nə tibbi ləvazimatından isütifadə edir, nə dərman pereparatı verir. Bu halda həkim müayinəsinin 40-50 manat olması artıq özbaşınalığın son həddidir. Hətta qəbzdə endirim sözü yazılsa da, hər hansı güzəştdən söhbət gedə bilməz. İstənilən halda klinika rəhbərliyi müəyyən etdiyi qiymətlərin məbləğinin səbəbini əsaslandırmalıdır.
Məsələn, qonşu Gürcüstanda özəl klinikalarda imkansız vətəndaşlar pulsuz müayinə olunur. Amma "Yeni Nəsil" tibb mərkəzindən bunu da istəyən yoxdur. Sadəcə, bir dəfə lisenziyası ləğv edilmiş sözügedən tibb mərkəzi deyəsən, nəticə çıxarmayıb və tibb ocağını "Vosmoy” bazarı kimi idarə etməkdədir. Müxbirimizin qeydlərinə görə, qeydiyyat şöbəsində ödəniş edildikdən sonra həkim qəbuluna düşürsən. Vətəndaşlar isə qiymətlərin "ceyran belində” olmasından narazıdır. Nə nazirlik, nə real bazar qiymətləri belə bir rəqəm qoyulmasını tələb edir. Bu halda klinika rəhbərliyi özbaşına qərar verir.
“Yeni Nesil “tibb mərkəzində çalışan həkimlərin və tibb bacıların həkimlik fəaliyyəti olduqca şübhəlidir. Çox istərdik ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyi və digər qrumlar araşdırma aparsınlar. Və bəlli olacaq ki, Bakı şəhərində “Yeni Nəsil” tibb mərkəzi böyük qanun pozuntusu ilə fəaliyyət göstərir.
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
Dosye.org