"Qarasu" əməliyyat şirkətinin işçiləri korrupsiya ilə bağlı Zakir Qaralova müraciət etdilər

27-07-2015, 11:17           
"Qarasu" əməliyyat şirkətinin işçiləri korrupsiya ilə bağlı Zakir Qaralova müraciət etdilər
Teref.İnfo yazır: - Korrupsiyadan, rüşvətdən və talandan bezən Şirvan şəhərində yerləşən "Qarasu" əməliyyat şirkətinin işçiləri teref.aznun elektron poçtuna AR Baş Prokuroru Zakir Qaralova ərizə ilə müraciət ediblər. Bu ərizənin bir kopyasınıda teref.azya göndəriblər.
Ərizəni sizin nəzərinizə çatdırırıq:
Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova
Sirvan səhəri sakinleri adindan
Ə R İ Z Ə
Cənab Baş Prokuror,
Təxminən bir ile yaxındır ki, KİV-lər və sosial şəbəkələr Sirvanda yerlesen 85%cRuslara aid olunan 15 % isəAzərbaycana aid olunan 2 boyük neft şirkəti Qarasu oil ve Sirvan oil da bas veren korrupsiya faktlarından yazırlar. Məhz bunun nəticəsində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclasındakı çıxışında bəzi məmurlarin ozbaşnaligini və karrupsiya faktlarini xüsusi vurğuladı. Məsələnin aktuallığına əmin olan Prezident İlham Əliyev Mətbuat günü ilə bağlı çıxışında yenidən hamıya müraciət edərək korrupsiya faktlarından yazmağı xahiş etdi. Zənn edirdim ki, 100-200 manat rüşvətə görə müəllimləri, həkimləri, 10-50 min manat mənimsəməyə görə sadə iş adamlarına qarşı cinayət işi açıb onları həbs edən prokurorluq orqanları milyonlar mənimsənilən,1 miliyon dollarik qazma qurgusu olan Aydiko ogurlanaraq gizli yolla Azərbaycandan cixarilib bu gundə Kazaxstanin Aktau şəhərində satisa cixarilir dəyəri 10 min azn təxmin edilən Traktora 60 min Azn pul silinir və bolgə vətəndaşlarına haqsızlıq edən Qarasu rəhbərliyinə qarşı da heç olmasa araşdırma başlayar. Bu gün isə Sizin müavininiz, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev qeyd edib ki, əgər rəsmi müraciət olarsa onlar istəlinən korrupsiya faktlarını araşdıra bilərlər.
AR Cinayət-Prosessual Məcəlləsinin 204.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən fiziki şəxslərin məlumatları yazılı və ya şifahi şəkildə ola bilər.
Həmin Məcəllənin 207.1-ci maddəsində qeyd olunduğu kimi,
Təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakı hərəkətləri yerinə yetirməlidir:
207.1.1. törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki və ya hüquqi şəxs tərəfindən daxil olmuş, habelə onun səlahiyyətlərinə aid olan və kütləvi informasiya vasitələrində əks etdirilmiş və təsdiq edən sənədlərlə birgə təqdim edilmiş məlumatı dərhal qeydə almaq və ona baxmaq;
207.1.2. zəruri hallarda törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat (aşkar cinayətlər haqqında məlumatlar istisna olmaqla) alındıqdan sonra 3 (üç) gün müddətində, bu mümkün olmadıqda 10 (on) gündən, ekspertin rəyinin alınması ilə əlaqədar və ya bu Məcəllənin 207.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə 30 (otuz) gündən artıq olmayan müddətdə cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama aparmaq;
207.1.3. törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxılmasının (aparılmış yoxlamanın) nəticələri üzrə cinayət işinin başlanması və ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmək.
Yuxarıda qeyd olunanlara əsasən Sizdən Sirvan əhalsi olaraq xahiş edirik ki, bu müraciətu rəsmi müraciət kimi qəbul edib Qarasu ve Sirvan oilda korrupsiya faktlarının araşdırılmasına dair göstəriş verəsiniz.
Qarşı tərəfində fikirlərini dinləməyə hazırıq!

teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.