Azərbaycanlı biznesmenlərin Rza Zərrabla SENSASİON ƏLAQƏLƏRİ üzə çıxdı – ABŞ-dan ÖTÜRÜLƏN İSTİNTAQ MATERİALLARI - EKSKLÜZİV
28-11-2017, 17:10

ABŞ-da mühakimə olunan azərbaycanlı milyarder Rza Zərrabla bağlı səhər saatlarında Muxalifet.az-ın oxucularına maraqlı informasiya vermişdik. Qeyd etmişdik ki, Rza Zərrab artıq müttəhim yox, şahid kimi dindiriləcək. Belə ki, sözügedən məhkəmə işİ “Hakan Atilla işi” olaraq dəyişib. Mühakimədə 82 hakim namizədddən 12-si seçilib və ilk məhkəmə prosesinin bu gün (TSİ) 17.15-də başlayacağı elan edilib.
Türkiyə mediası yazır ki, hakimlərin seçkisinin keçirildiyi dünənki iclasda müttəhim - keçmiş “Xalqbank”ın baş direktorunun müavini Məhmət Hakan Atilla və vəkilləri də iştirak edib. Rza Zərrab iclasda iştirak etməyib. Hakim Riçard Berman 82 hakim namizədə xitabən çıxışında məhkəmə işi ilə bağlı məlumat verərkən bunları deyib: "Sizin hakimlik edəcəyiniz işdə təkcə Məhmət Hakan Atilla mühakimə olunacaqdır". Berman, hakim namizədlərinə xitabən çıxışında "Sizlər məhkəmədə təqdim olunan dəlillərə nəzər salaraq nəyin həqiqət olduğuna qərar verəcəksiniz, biz isə qanunlara baxacağıq. Bunu etməyəcək olan varsa, indidən desin" - deyə, çağırış edib.
Hakim Bermanın bu açıqlaması ABŞ bank sistemini aldatmaq, “qara pul” yumaq, İran embarqosunu yarmaqda ittiham olunan Rza Zərrabın prokurorluqla əməkdaşlıq etdiyi və razılığa gəldiyi iddialarını ortaya atıb.
Qeyd edək ki, ABŞ-da az sonra başlayacaq “Hakan Atilla işi”adı verilən məhkəmə prosesindən saatlar öncə Muxalifet.az-ın redaksiyasına “Rza Zərrab işi” ilə bağlı sensasion sənədlər daxil olub. ABŞ-dakı mənbələr tərəfindən ötürülən sənədlərdə tamamilə yeni və sensasion faktlar öz əksini tapır. Məlum olur ki, bu günə qədər bizlərin xəbəri olmasa da, Rza Zərabla əlaqədə, daha doğrusu, qanunsuz işlbirliyində ittiham olunan şəxslər arasında 3 nəfər azərbaycanlı biznesmenin də adı keçir.
ABŞ-dakı mənbələrdən Muxalifet.az-a göndərilən istintaq materiallarında azərbaycanlı biznesmenlərin adları da açıqlanır. Bunlar Vidadi Bədəlov (Sənəddə Vidali Badalov kimi göstərilir – müəl.), Əhməd Məmmədov (Ahmad Mammadov) və Şamil Məmmədov (Shalil Mammadov) adlı biznesmenlərdir. Doğrudur, bu şəxslərin biznes fəaliyyəti Azərbaycan ictimaiyyətinə o qədər də tanış deyil. Lakin bir halda ki, həmin şəxslərin adı ABŞ-da araşdırılan “Rza Zərrab işi” ilə bağlı istintaq materiallarında keçir, deməli, bütün bunlar heç də təsadüf ola bilməz. Ehtimal olunur ki, bu şəxslər daha çox “çirkli pulların” yuyulması prosesinin aktiv oyunçularıdır. Sadəcə, görünür, bank hesablarında böyük vəsaitlər olduğundan istintaq materiallarında biznesmen kimi təqdim olunurlar.


P.S. Mövzu ilə bağlı araşdırmamız davam edir. Tezliklə oxucularımızı “Rza Zərrab işi”ndə adı keçən azərbaycanlı biznesmenlərin kimliyi və fəaliyyəti ilə bağlı daha ətraflı məlumatlandırmağa çalışacağıq.