Eyni Vaxtda 40 Növ Fərqli Meyvə Verən Ağac 6 Maddədə

30-11-2017, 10:43           
Eyni Vaxtda 40 Növ Fərqli Meyvə Verən Ağac 6 Maddədə
Syracuse Universiteti İncəsənət professorlarından Van Aken, bir fermada böyümüşdür. Sənətkarlıqla davam etdirdiyi həyatında əldə etdiyi məlumatları ailə təsərrüfatında öyrəndikləri ilə birləşdirdikdə, 40 meyvəli bu heyrətamiz ağacı bitirməsi mümkün olub.
1. Bağın Satın Alınması


2008-ci ildə, Nyu-Yorkda Təsərrüfat Araşdırmaları Stansiyasında bir meyvə bağının maliyyə çatışmazlığından bağlanacağını öyrənən Van Aken antikvar və yerli meyvə növlərinin yetişdirildiyi və bəzi ağacları 150-200 yaşında olan bu bağın bağlanmasının bu qədim və nadir meyvə növlərinin də yox olması anlamına gələcəyini bildiyindən, meyvə bağçasını satın alır. Sonra da, müxtəlif ağac növlərini tək bir ağac gövdəsinə calaq etmək üzrə işə başlayır.

2. Ağacı Böyütmək

250 müxtəlif tumlu meyvə ilə işləyən Van Aken, hər birinin çiçəklənmə dövrünü bir zaman sisteminə uyğunlaşdırıb və bir neçə dənəsini anaç ağacın köklərinə calaq etməklə işə başlayıb. Anaç iki yaşına gəldikdə, bu dəfə də "gövdə aşılaması" prosesinə başlayıb. Gövdə aşılaması hər hansı bir bitkinin başqa bir bitkiyə calaq edilməsiylə onun çoxaldılması prosesidir. Durğun gövdə aşısında, bir meyvə ağacının gövdəsi olan bir budaq parçası alınıb anaça əlavə edilir və bintlə bağlanılır. Əgər peyvənd uğurlu olsa, ertəsi yazda, gövdə oyananda budaq budanır və calaq hissəsi böyüyərək yeni meyvə ağacını yaradır.
3. Təxminən beş il sonra, Van Aken ilk "40 meyvə" ağacını yetişdirə bilir.

İlin böyük bir dövrünü, Van Akenin 40 meyvə ağacı, bildiyimiz ağaclardan fərqsiz görünsə də, bahar gəldikdə çəhrayı, ağ, qırmızı, bənövşəyi, rəngarəng çiçəklərə bürünüb, yay aylarında əriklər, şaftalılar, mandarinlər, albalı, badam və sair meyvələrlə örtülür.

4. Meyvə Ticarəti

Gözəlliyi qədər dünyadakı tumlu meyvə növlərinin müxtəlifliyinin qorunması baxımından da ağacın dəyəri böyükdür. Ticari meyvə təsərrüfatında, meyvənin istifadə müddəti, böyüklüyü və görünüşü dadından daha əhəmiyyətlidir. Buna görə də, minlərlə meyvə növünün ancaq bir neçəsinə kommersiya məqsədli olaraq üstünlük verilir, ən ləzzətli, və ya ən xeyirli növlər olmasalar da...

5. Van Aken bu günə qədər bu ağacdan 16 ədəd əkib.

Ağaclar ABŞ-ın muzeylərində, ictimai yerlərdə və şəxsi incəsənət kolleksiyalarındadır. İndi isə bir şəhərdə bu ağaclarla kiçik bir meyvə bağçası formalaşdırmağı planlaşdırır. Ağla gələn ilk suallardan biri, bu ağaclardan toplanan meyvələrin başına nəyin gəldiyidir...

6. Van Aken cavab verir:

"Bağçalarında bu ağacı olanların mənə dediyinə görə, ağac həm meyvə növü, həm də meyvə miqdarı baxımından mükəmməldir. Üstündəki meyvələrin hamısını nə edəcəyinizi bilmədiyiniz bir meyvə ağacı əvəzinə, müxtəlif meyvələri yığıb hər birinin dadına baxa biləcəyiniz bir ağacınız var. Üstəlik, meyvələr fərqli zamanlarda yetişdiyi üçün, İyuldan Oktyabra meyvə yığımını davam etdirmək olur.''
Mənbə: Evrim Ağacı












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.