Daha bir telekanal rəhbəri istefaya göndərilir - Milyonluq yeyinti

11-01-2018, 11:04           
Daha bir telekanal rəhbəri istefaya göndərilir - Milyonluq yeyinti
ATV-nin sabiq prezidenti Vüqar Qaradağlıdan sonra, daha bir telekanalın rəhbəri yaxında vəzifədən azad oluna bilər. Bu haqda Hurriyyet.org-a məlumat verən mənbə bildirir ki, aparıcı telekanalın birində aparılan yoxlamalar ciddi yeyinti faktlarını ortaya çıxarıb. Bu səbəbdən də telekanal rəhbərinin yaxın günlərdə istefaya göndəriləcəyi gözlənilir...

Mənbə deyir ki, son vaxtlar barəsində mətbuatda çox ciddi faktlar açıqlanan, bahalı villalarının və restoranlarının fotoları yayılan telekanal rəhbəri barəsində cinayət işinin açılacağı da istisna deyil. Çünki büdcədən yayındırılan və “yeyilən” vəsaitin həcmi həddindən artıq çoxdur.

Bütün bunlarla yanaşı, aparılan araşdırma nəticəsində onun barəsində bir sıra sensasion faktlar da üzə çıxarılıb ki, bu barədə geniş faktlarla tezliklə Hurriyyet.org-da tanış ola bləcəksiniz. Bizi izləyin.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.