Rusiyada miqrantların uşaqları üçün pulsuz təhsilin ləğvi təklif edilir

15-06-2025, 11:26           
Rusiyada miqrantların uşaqları üçün pulsuz təhsilin ləğvi təklif edilir
Rusiya Dövlət Dumasında miqrantların uşaqları üçün pulsuz təhsilin ləğvi təklif edilib.

TASS-ın verdiyi məlumata görə, belə bir təkliflə Dumanın əmək, sosial siyasət və veteranların işləri üzrə komitəsinin sədri, Liberal Demokrat Partiyasının (LDPR) nümayəndəsi Yaroslav Nilov çıxış edib.

Deputat dövlətin əcnəbi vətəndaşları pulsuz təhsillə təmin etməsinə etiraz edib.

"Rusiyada miqrantların uşaqları üçün məktəblərdə pulsuz təhsil ləğv olunmalıdır, həmçinin rus dili üzrə testin verilmə cəhdlərinin sayı məhdudlaşdırılmalıdır", - deyə o bildirib.

Nilov hesab edir ki, miqrantların uşaqlarının təhsili üçün ödənişi onların valideynləri, işəgötürənləri, səfirliklər, fondlar və ya xarici dövlətlər etməlidir, Rusiya vergiödəyiciləri deyil. Onun sözlərinə görə, bölgələrin büdcəsindən miqrant uşaqlarına kurslar təşkil etmək üçün vəsait ayrılması yolverilməzdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru