“Naz-Lifan”da gəzdiyi deyilən Mikayıl Cabbarov 239 min manatllıq “Lexus” aldı
9-02-2018, 09:15
“Naz-Lifan”da gəzdiyi deyilən yeni vergilər naziri Mikayıl Cabbarov 239 min manatlıq “Lexus” alıb. AzEuroNews.com xəbər verir ki, bu barədə finans.az saytı məlumat yayıb.
Məlumatda deyilir ki , Vergilər Nazirliyi tərəfindən nəqliyyat vasitələrinin satın alınması ilə bağlı keçirilən tenderin qalibinin adı açıqlanıb.
“Lexus-Bakı” MMC bununla bağlı keçirilən tenderin qalibi olub.
Fevralın 5-də Vergilər Nazirliyinin “Lexus-Bakı” MMC ilə imzaladığı satınalma müqaviləsinin dəyəri 239 min manat təşkil edib.
Xatırladaq ki, Mikayıl Cabbarov vergilər naziri təyin olunandan sonra onun nazirliyə “Naz-Lifan” markalı avtomobillə gəlməsi ilə bağlı xəbər yayılmışdı.
Xəbərdə deyilirdi ki, nazir bəzi günlərdə Azərbaycan istehsalı olan “Naz-Lifan” markalı xidməti avtomobildən istifadə edir.
Bununla yanaşı, onun xidmətində “BMW” markalı avtomobil də var. Mikayıl Cabbarov daha çox “BMW”dən istifadə edir.
Mikayıl Cabbarov 2017-ci il dekabrın 5-dən vergilər naziri vəzifəsində çalışır.