Nazir kürsüsündə çox otura bilməyəcək - İnkişaf siyasətinə ayaq uydurmur

9-02-2018, 13:44           
Nazir kürsüsündə çox otura bilməyəcək - İnkişaf siyasətinə ayaq uydurmur
"Kənd Təsərrüfatı Naziri postunda dəyişiklik baş tutacaq". Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki mənbələrdən informasiya daxil olub. Xəbəri verən qaynaq iddia edir ki, dəyişiklik prezident seçkilərindən dərhal sonraya təsadüf edə bilər.

Mənbənin dia.az-a söylədikləri: "Əslində, bu proses çoxdan başlayıb. Heydər Əsədov Ziya Məmmədovun "uzantısı" kimi çıxdaş olunacaq. Onun seçkilərə qədər də gedişi mümkündür. Çünki neft bumunun ardından sonrakı dövr üçün Azərbaycanın kənd təsərrüfatına əlahiddə istinad siyasətində Heydər Əsədov kimi qeyri-peşəkar özünün yarıtmazlığı ilə diqqətə gəldi. Belə bir şəraitdə dəyişiklik əslində, çoxdan gözlənilən idi. Amma bu, yaxın vaxtlarda mütləq baş tutacaq. Prezident İlham Əliyev təbii ki, onun siyasətini axsadan məmurlara rahatlıqla "əlvida" deməyi bacarır. Bu fonda Heydər Əsədovdan imtina da bəlli siyasətin inkişafında müstəsna rol oynamış olacaq".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru