İcra başçısı doğulduğu rayonun işğal günü şadyanalıq təşkil etdi - VİDEO
24-08-2015, 21:11
Əslən Cəbrayıl rayonundan olan Cəlilabad rayon icra başçısı 23.08.2015-ci il tarixində Cəlilabad rayon Göytəpə qəsəbəsində möhtəşəm konsert tədbiri keçirib.
Xatırladaq ki, məhz həmin günü Cəbrayıl erməni işğalçıları tərəfindən işğal olunub. Rayonun müdafiəsi zamanı qızğın döyüşlərdə 180, atəşkəs dövründə isə 6 nəfər həlak olub. 14 nəfər polis, 60 nəfər mülki şəxs dünyasını dəyişib, 90 nəfərə yaxın isə əsir və itkin düşüb. Belə bir gündə isə Əziz Əzizovun Cəlilabad rayon Göytəpə qəsəbəsindəki möhtəşəm konsert keçirib.
Strateq.az xəbər verir ki, Liderinfo.az saytının əməkdaşı həmin konsertin video lentini həvəskar kameradan lentə alıb. Həmin kadrı təqdim edirik: