Mübariz Ağayev özünü təriflətdirmək üçün sayt açıb? köməkçısı işlədir
25-08-2015, 12:56
Saytın baş redaktoru Mübariz Ağayevin köməkçisidir və icra başçısı bir neçə idarə müdirinə tapşırıq verib ki, sayta hər ay maddi yardım göstərsinlər. Həmçinin Mübariz Ağayev rayon sakinləri vasitəsilə Prezident Aparatına kesmiş icra başçısı Mənsur Məmmədovun əleyhinə “zəhmətkeş məktubları” yollatdırdığı bildirilir.
Göyçaydan AzMedia-infoya daxil olan məlumata görə rayon icra başçısı Mübariz Ağayev keçmiş sələfi Mənsur Məmmədova qarşı qara piar kompaniyasına başlayıb. Belə ki, daxil olan məlumatda göstərilir ki, Mübariz Ağayev Göyçaya icra başçısı təyinatı aldıqdan sonra rayonda “fövqalədə vəziyyət” elan edərək bütün idarə müəsissəini abadlıq, quruculuq işlərinə yönləndirib. Rayona gəldiyi ilk gündən Icra başçısı idarə müdirləri toplayaraq iclasda bildirib ki, heç kəsi vəzifəsindən çıxartmayacaq və hər kəslə “əl ələ” verərək Göyçay şəhərini yenidən quracaq”. Hazırda Göyçay şəhərində aparılan quruculuq abadlıq işlərinin bir hissəsi qurtarmq üzrədir.
İnformasiya mənbəmiz bildirir ki, Mübariz Ağayev rayon sakinlərinin əli ilə prezident aparatına “zəhmətkeş məktubları” yollatdırır. Həmin məktublarda guya Mübariz Ağayev Göyçaya icra başçısı təyinatı aldıqdan sonra şəhərin gözəlləşməi, abadlıq işlərinin aparılması və rayon sakinləri ilə gözəl rəftar etməsi özəlliklə vurğulanır. Mübariz Ağayevin “zəhmətkeş” məktublarında Göyçayın ağ günə çıxması onun gəlişi ilə əlaqələndirilir. Yəni belə çıxır ki, keçmiş icra başçısı Mənsur Məmmədov Göyçay rayonunda sadəcə formal olaraq işləyirmiş. İndi isə Göyçay rayonunda yeni “GÜNƏŞ” doğub ki, onun istiliyi nəvazişi rayon xalqını belə “isindirir”.
Mənbə iddia edir ki, özündən arxayınlığı ilə seçilən Mübariz Ağayev əslində reklamı sevir. Ətrafına isə daha çox yaltaq adamları toplayır. Elə Prezident Aparatına da yazdırdığı məktublarda o özünü təriflətdirərək, belə bir təəssürat yaratmağa çalışır ki, o doğurdan da “böyük və fövqəladə” işlərlə məşğuldur.
Göyçayda parklaır inşa edən və bir neçə işıqlı fəvarə quraşdıran Mübariz Ağayev elə bilir ki, bütün ölkəni abadlaşdırıb. Əslində bu abalaşma Mübariz Ağayevin daha çox varlanmasına yol açıb. Mənbə bildirir ki, ayrı-ayrı idarə və təşkilat rəhbərlərinə, rayon sahibkarlarına “haqq” qoyan Mübariz Ağayev məhz onlardan zor-xoş aldığı pullar hesabına rayonda abalaşdırma işləri aparıb. Dövlətin ayırdığı vəsaitləri isə öz cibinə qoyub. Kosmetik xarakterli abalıq işlərindən sonra isə icra başçısının başı əsasən pul qazanmağa qarışıb. Rayonda isə sosial vəziyyət doğurdan ağırdır. Göyçay sakinləri ölkənin ən kasıb əhalisi sıramında yer almaqla yanaşı, həmçinin sosial ədalətsizliyin qurbanlarıdır. Mübariz Ağayevi isə demək olar ki, vətəndaşların problemləri maraqlandırmır. O üzdəndə Prezident Aparatına “zəhmətkeş məktubları ilə” yanaşı şikayət məktubları da ünvanlanır. Və bu da Mübariz Ağayevin həddindən artıq qəzəbləndirir. Mənbə bildirir ki, icra başçısı yerli poçt idarəsinin müdirinə tapşırıb ki, Bakıya, dövlət qurumlarına ünvanlanan bütün məktubları birbaşa onun masasının üstünə qoysun. Bu yollla icra başçısı həm Bakıya ünvanlanan şikayətlərin qarşısını almağa çalışır, həm də “bədxahlarını” tanıyır.
Mənbə bildirir ki, bir neçə şikayətçi buna görə müxtəlif yollarla cəzalandırılıb. Lakin bu elə şəkildə edilib ki, şikayətçi məktubunun ünvana çatmadığını duymasın. Mənbə onu da qeyd edir ki, Göyçayda böyük əksəriyyət şikayətçilərin artıq itirməyə heç bir şeyləri yoxdur. Ona görə də Mübariz Ağayev müəyyən çətinliklərlə üzləşir.
Mənbə onu da, qeyd etdi ki, icra başçısı Göyçay rayonu ilə bağlı tənqidi fikirlər səsləndirən saytlara cavab vermək üçün özünə xəbər portalı belə açıb. Həmin xəbər portalı artıq fəaliyyətdədəir və dayanmadan Mübariz Ağayevin Göyçay rayonundakı “möhtəşəm” abadlıq, quruculuq işlərini işıqlandırır. İcra başçısı həmin portalın fəlaiyyət göstərməsi üçün bir neçə idarə müdirinə tapşırıq verib ki, köməkçisi olan “baş redaktora” maddi yardım etsinlər. Görünür Mübariz Ağayev özünü reklam etməklə daha böyük rayonun icra başçısı olmaq eşqindədir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.