İCRA BAŞÇISININ YARITMAZ IDARƏÇILIYI ƏHALINI TƏNGƏ GƏTIRIB:BƏRDƏ SOSIAL PARTLAYIŞLAR VƏ RÜŞVƏT MƏRKƏZINƏ ÇEVRILIB

25-08-2015, 16:59           
İCRA BAŞÇISININ YARITMAZ IDARƏÇILIYI ƏHALINI TƏNGƏ GƏTIRIB:BƏRDƏ SOSIAL PARTLAYIŞLAR VƏ RÜŞVƏT MƏRKƏZINƏ ÇEVRILIB
İcra başçılarını nahaq yerə “regionların kiçik padşahları” adlandırmırlar. Beləliklə təsdiqlənir ki, icra başçıları onlara etibar olunan vəzifədən öz şəxsi maraqları naminə yararlanır, qohum-əqrəbalarını başına toplayır, rüşvət yığmaqla məşğul olur, vətəndaşları incitməkdən çəkinmirlər. Bir sözlə, vəzifəyə təyin olunandan bir müddət sonra yerlərini bərkidən kimi başlayırlar rayonda fironluq etməyə. Belə hallarda əyalətlərdə rüşvət, korrupsiya, məmur özbaşınalıqları və bundan doğan müxtəlif cinayətlər vüsət almağa başlayır. Bunun nəticəsidir ki, İcra başçıları rayondakı torpaqları satır və vətəndaşları incidirlər. Oliqarxların xeyir- duası ilə rayonlara başçı təyin olunan başçılar elə himayədarların hesabına yerlədə hegemonluq edirlər. Arxayın olan başçılar rayonlarda idarələrə müdir təyinatını rüşvət alaraq rahatca həyata keçirirlər ki, həmin idarə rəhbərləri vəzifəyə görə verdiyi rüşvətdən əlavə hər ay da icra başçılarına “aylıq haqq” verirlər. Bunun nəticəsidir ki, həmin idarə rəhbərləri də başçıya bel bağlayaraq hər hoqqadan çıxırlar...

Azerinews.tv-yə üz tutan şikayətçilərin dediyinə görə belə rayonlardan biri də Bərdə rayonudur ki, burada icra başçısı Vidadi İsayev bütün sahələrə əl qoyub. Eləcədə rüşvət alıb vəzifəyə qoyduğu məmurlarda onun kadrı olduğu üçün at oynadırlar.

İcra başçısına rüşvət verə bilməyən idarə və müəssə rəhbərləri bankdan faizlə pul götürür...

Artıq banklara 15 min manat borcu olduğunu deyən idarə müdirləri var ki, işdən çıxmaq istəyib və bununla bağlı ərizə də yazıb. Lakin icra başçısı ona bildirb ki, işdən çıxacağı təqdirdə prokurora tapşıracaq onun işin araşdırsın və həbs etsin. Beləliklə hədə qorxu gəlinən idarə müdri bildirir ki, rayonun belə bir çox idarə müdrləri var və onlar da bu vəziyyətdədir. Bəziləri var ki, idarələri gəlirli sahədir. Həmin idarələrin rəhbərləri üçün pul verməkdə problem yoxdur. Təki icra başçısı onlardan pul istəsin, ya da qulluq desin “baş üstə” edəcəklər. Ardından da vay olur bu bərdəlilərin halna. Mənbəmiz bildirir ki, belə idarə rayonun təhsil şöbəsi, maliyyə idarəsi, torpaq şöbəsi, polis şöbəsidir, səhiyyə şöbəsi, mədəniyyət şöbəsi, su təssərrüfatı idarəsi, sosial yardım şöbəsi və.s. Demək olarki, icra sözün həqiqi mənasında adıçəkilən idarələri özünə pul dağarcığı hesab edir.
Mənbəmiz bildirir ki, icra başçısının haqsızlığı rayonda vəziyyəti dözülməz hala gətirib. Hazırda rayon və kənd sakinləri dərdlərini deməyə ünvan axtarır. Vəziyyətdən çıxış yolunu etiraz aksiyalarında görən yerli sakinlər isə döyülür , söyülür həttda həbs edilirlər.

Vidadi Isayev mülk və torpaqlarını yaxın qohumlarının adına rəsmiləşdirir.


Azerinews.tv- yə daxil olan bir digər məlumatda bildirilir ki, əmlakı və torpaq sahələri hamsı icra başçısının yaxınlarının adına rəsmiləşib. Bundan əlavə mənbəmiz icra başçısının övladlarının da sahib olduğu bəzi işlər haqqında da maraqlı məlumata da toxunub. Mənbə həmçinin bildirib ki, şəhərin mərkəzində bir parkı icra başçısı dagıtdırdı və həmin yeri digəri ilə əvəz edərək prezidenti belə aldatdı. Sonradan məlum oldu ki, kosmetik işlər və heykəl əməliyyatını icra başçısı qazanc əldə etmək üçün edib. Həmin ərazinini rəsmiləşdirməklən, özününküləşdirərək çayxana və kafe biznesinə çevirib. Mənbəmiz bildirir ki, icra başçısı parkı qanunsuz yolla fiziki şəxsin adına rəsmiləşdirərək əldə edib. Torpaq Məcəlləsində xüsusi maddə var ki, ümumi istifadədə olan torpaq sahələri fərdi qaydada fiziki şəxslərə satıla bilməz. Ancaq Bərdənin icra başçısı Vidadi İsayev həmin ərazini əldə edərək, bunu bacarıb...
Qarşı tərəfidə dinləməyə hazırıq












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.