Tabel silahını qoruya bilməyən DİN zabiti

25-08-2015, 20:00           
Tabel silahını qoruya bilməyən DİN zabiti
Və “lazım olanda vətən uğrunda mübarizəyə qalxmaq” söhbəti

Milli Məclisin üzvü Fərhad Qəribovun kürəkəni Vüqar Qurbanov barədə bir necə dəfə Qafqaz Xəbər Agentliyinə məxsus saytlarda yazılar dərc olunub. Qısa xatırlatma üçün qeyd edək ki, Vüqar Qurbanovun vaxtilə DİN-in Bakı BPİ-nin əməliyyat müvəkkili, polis bölməsinin rəis muavini işləməsi və hətta xidmətdə olarkən tabel silahını itirməsi barədə yazılar dərc etmişik. Yazılar cəmiyyətdə geniş rezonans doğurduğu üçün bu yazıların dərcindən sonra Qafqaz Xəbər Agentliyinin baş direktoru Mahmud Rasimoğlunun Bakı BPİ-nin rəis muavini, general-mayor Elxan Həsənovun otağına çağrılması barədə də zamanında oxucularmıza məlumat vermişik. Vüqar Qurbanovla bağlı sonuncu yazımız isə “onun DİN-ə qayıtması” ilə bağlı idi. Əlbəttə, diqqətli oxucularımız söhbətin Daxili İşlər Nazirliyindən deyil, “din”dən getdiyini anlayıblar. Şəkildən də göründüyü kimi “qəhrəman”ımız spirtli içkilərin qarşısında dayanaraq əllərini göyə qaldırıb nəsə dua edir…

Biz şəkildə gördüklərimizi yazmışıq, nəsə əlavə etməmişik… Bizim yazdıqlarımızdan qeyzlənən Vüqar Qurbanov mətbuata özünəməxsus mesaj göndərib. Və üstəlik “Excelsior Hotel Baku” hotelində sparrinq- döyüşə hazırlaşması haqda videounu da paylaşıb.Mesajı olduğu kimi dərc edirik: “ Bəzi media və qəzetlər mənim haqqımda yazmışdılar ki, mən içkilərə siyat (sitayiş yazmaq istəyib – red ) edirəm və çox içkilər qəbul edirəm. Və bu gün ki, mənim bu videom həmin qəzetçilərə cavab olaraq demək istədiyim odur ki, biz Azərbaycan oğulları lazım olanda içkidə içə bilirik və lazım olanda vətən uğrunda mübarizəyə də qalxa bilərik və ən azından öz sevdiyimiz insanları müdafiə edə bilərik”. Əlbəttə bizi kiminsə həyat tərzi, içib-içməməsi və s. qəti maraqlandırmır. Ancaq tabel silahını itirən, qoruya bilməyən bir zabitin “lazım olanda vətən uğrunda mübarizəyə qalxması”, torpaq qoruması məntiqə uyğun deyil. Digər tərəfdən sevdiklərimizi müdafiə etmək, qorumaq hər birimizin müqəddəs borcudur. Bunu dilə gətirməyə ehtiyac yoxdur. Həm də bunu mətbuata ultimativ tonda ünvanlamaq yaxşı niyyətdən xəbər vermir.

Bu günlərdə öldürülən Rasim Əliyev məsələsi deyəsən dərs olmayıb. Vüqar Qurbanov kimi müdafiə etmək istəyir? Bəlkə, qaynatası, millət vəkili Fərhad Qəribovu .? Bəlkə qaynatasının qarşıdan gələn seçkidə iştirakını nəzərdə tutub onun barəsində yazanlara indidən hədə-qorxu gəlir..? Bəlkə ölkədən qaçan qayınlarından birini müdafiə etmək istəyir. .? Bəlkə banklara külli miqdarda borcu olduğuna görə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılan digər qaynı barəsində yazan jurnalistlərə hədə-qorxu gəlir..? Yazı çapa gedərkən bizə məlumat daxil oldu ki, Vüqar Qurbanovun qardaşı Teymur Qurbanov adı qalmaqallarda hallanan bankın filiallarından birində müdirdir. Hətta məlumatdan bəlli olur ki, həmin filial bankın ən çox pul “perevodu” edən filialıdır. Və həmin bankın məsələsi hazırda “Bandotdel”də araşdırılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.