Bakıda 3 aya mama-ginekoloq hazırlayırlar - ŞOK FAKT
10-03-2018, 22:31
Space Tv-nin "Olar? Olmaz!" verilişi bu dəfə də Tibb kurları ilə bağlı araşdırma edib. Araşdırmaçı jurnalist və aparıcı Amil Xəlil 3 ay ərzində tibb bacıları yetişdirən kurlara baş çəkib . Hətta "mamaginikoloq" yetişdirən kurlarında fəaliyyət göstərdiyi verilişdə qeyd edilib. Maraqlı məqam ondan ibarətdi ki, mariflənmə adı altında xidmət göstərən kursların tələbələri özəl klinikalarda çalışır . Verilişə müraciət edən tamaşaçı da bir necə ay əvvəl "tibb bacısı"nın az qala qurbanına çevriləcəyini bildirib. Bu ciddi məsələni araşdıran aparıcı üz tutduqu kurslarda tibbi dərslərin keçirildiyinin əyani olaraq şahidi olub. Kimisi marifləndirməklə məşqul olduğlarını qeyd etsə də Amil Xəlilin telefon zəngi ilə şəbəkələşmiş tibbi kursun etirafı məsələyə nöqtə qoydu. Verilişdən maraqlı anları sizə təqdim edirik. Xatırladaq ki, veriliş son zamanlar böyük marağa səbəb olub. Reytinglər barədə aparıcı şəxsi instagram səhfəsində görüntü paylaşıb ..