Araz Mehdiyevin “pomidor biznesi”

4-09-2015, 21:47           
Araz Mehdiyevin “pomidor biznesi”
Qafqaznews.az bir müddət əvvəl tanınmış iş adamı İlham Rəhimovun kürəkəni Araz Mehdiyevin fəaliyyəti barədə məqalələr dərc edib. Qısa xatırlatma üçün bildirək ki, Araz Mehdiyev ölkəmizdə Caspian adlı mobil şirkətlər qrupunun rəhbəri və Azərbaycana gətirilən mobil telefonların inhisarçısı idi. Ancaq bir neçə ay əvvəl mobil telefon inhisarının ən gəlirli hissəsi Araz Mehdiyevin əlindən alındı. Daha doğrusu, heç onun özünə deyilmədən iPhone telefonlarnın ölkəmizə gətirilməsi onun əlindən çıxdı. Sadəcə ona izah olundu ki, daha bəsdir. Bu gün Qafqaznews.az-ın redaksiyasına çox maraqlı bir məlumat daxil olub. Araz Mehdiyevin yaxın ətrafından verilən məlumatda bildirilir ki, o, iPhone telefonlarının ölkəyə gətirilməsindən əldə olunan yüksək qazancın itirilməsi ilə barışa bilmədiyi üçün qədim İran torpağına üz tutub. Orda bir neçə ay ərzində Zirə pomidorlarının yetişdirilməsi üçün “parnik”lər salıb. Və əldə olunan məhsulu qaynatası İlham Rəhimovun Moskva şəhərindəki “Sadovod” bazarında satdırır. Qonşu ölkədən tranzit olaraq ölkəmiz vasitəsi ilə gəlib keçən İran maşınları Zirə pomidorunu Dağıstana çatdırır. Oradan isə Rusiya yük maşınları vasitəsilə Moskava şəhərindəki “Sadovod”bazarına aparılır. Sərhəddən əldə etdiyimiz məlumata görə son bir ay ərzində İrandan gəlib ölkəmizdən keçməklə Dağıstana üz tutan yük maşınlarının çoxu Araz Mehdiyevin pomidor maşınlarıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.