Gömrüyə təzə NIRX gətirir - Kəmaləddin Heydərovun qurduqları dağıdılır

22-05-2018, 11:34           
Gömrüyə təzə NIRX gətirir - Kəmaləddin Heydərovun qurduqları dağıdılır
Dövlət Gömrük Komitəsinin yeni sədri Səfər Mehdiyev gömrük sistemindəki ənənəvi üsul-idarəni dəyişməyə çalışır. Bu barədə DİA.AZ-a bilgili qaynaqlardan informasiya daxil olub.

Xəbəri verən mənbə iddia edir ki, Səfər Mehdiyev DGK-da kadr islahatları ilə yanaşı iş prinsiplərini də dəyişməyə hazırlaşır və yaxud da artıq proses başlayıb.

Mənbənin dia.az-a söylədikləri: "Təbii ki, gömrük sistemi Kəmaləddin Heydərovun dövründən bəlli bir mexanizmlə çalışır. Səfər Mehdiyev məhz bu sistemi dağıtmağa çalışır. Bir növ Kəmaləddin Heydərovun gömrük sistemindəki dayaqları budanır. Bu, faktdır və çox ciddi nəticələr olacaq".

Qeyd edək ki, redaksiyamıza bununla bağlı ilginc faktlar daxil olub. Yaxın vaxtlarda diqqətinizə təqdim edəcəyik. Bizi izləyin. Qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.