Musiqi məktəbinin direktoru ittiham edir: "Mediya yalan məlumatlar ötürürlər!!" - İTTİHAM

24-05-2018, 19:25           
Musiqi məktəbinin direktoru ittiham edir: "Mediya yalan məlumatlar ötürürlər!!" - İTTİHAM
teref.az-nun elektron poçtuna gələn bu şikayət məktubunu oxuculara təqdim edirik!
Hörmətli “Göygöl musiqi məktəbi korrupsiya bataqlığında boğulur” "Jurnalistə xəbər etsən 500 manati qaytarib səni işdən cixardacam" ve "Prezidentin iradlarina məhəl qoymayan məktəb müdiri"adlı yazını oxuyan oxucular əfsuslar olsun ki,bu gün namuslu və vicdanlı dövlət məmurlarını heç bir səbəb olmadan ləkələyən,öz şəxsi mənafeyini hər şeydən üstün tutan və nəhayət jurnalistikadan xəbəri olmayan bəzi "jurnalistlər" var və həmin "jurnalistlər" bu gün Azərbaycan mətbuatına qara ləkədir. Bu cür "jurnalist" lərə qarşı müxtəlif tədbirlər görülməsinə baxmayaraq bu bəzi qara piarla məşğul olan dırnaq arası "jurnalist" lərə dərs olmayıb.Belə "jurnalist" lərdən biri də,hazırda Gəncə şəhərində yaşayan Gəncə və Gəncə ərtafı rayonlarda sözün əsl mənasında at oynadan,reketçiliklə məşğul olan Ələsgərova Mehriban Əziz qızıdır.Heç bir "jurnalist" lik təhsili olmayan vaxtilə fizika müəllimi işləmiş, lakin müəllimliyin öhdəsindən gələ bilməyəndən sonra məktəbdən çıxmış və asan yolla pul qazanmaq yəni jurnalistlik həvəsinə düşmüşdür.Bu minvalla bir neçə qazetlərdə vəsiqə alıb işləmişdir.Hətta 3-4il bundan qabaq vətəndaşlardan nahaq yerə pul tələb etdiyinə görə “Təzadlar” qazetindən qovulmuş və bu barədə qazetdə rəsmi məlumat verilmiş, vəsiqəsi əlindən alınmışdır. Ancaq bu xanım "Təzadlar" qazetindən qovulmasına baxmayaraq hər yerdə eyni zamanda bizim idarədə "Təzadlar" qazetinin müxbiri oldugunu demişdir.
Hal hazırda isə təzə bir qəzetin qərb bölgəsi üzrə müxbir işləyərək öz əməllərindən əl çəkmir,şəxsi mənafeyini əlində tutaraq namuslu dövlət məmurlarından ora-bura qərəzli şikayət ərizələri yazır.Əminliklə sizə bildirirəmki,Gəncə və Gəncəbasar rayonlar bu xanımın qərəzli yazılarından bezib.Dəfələrlə Gəncənin icra başçısı cənab Elmar Vəliyevin bu xanima iradı belə bunun dırnaq arası fəaliyyətinə son qoya bilməyib.Gündəm Xəbərin rəsmi internet saytında bunun dərc etdikləri ancaq və ancaq vicdanlı dövlət məmurları haqqında əsassız və qərəzli şəkildə yazılardır.Bundan əlavə yazıb nəzərinizə çatdırıram ki,xanım "jurnalist" in həyat yoldaşı Ələsgərov Şahin Azərbaycan Respublikasınin Cinayət məcəlləsinin müxtəlif maddələri ile uzun müddətdir hebsxanada cəza cəkir.
Mən Bağırova İradə Kamal qızı Göygöl rayon Xəqani kənd uşaq musiqi məktəbinin direktoru vəzifəsində fəaliyyət göstərirəm.2016 ci ilin sentyabr ayından başlayaraq bu jurnalist dəfələrlə heç bir icazəsi olmadan mənim otağıma daxil olur ve heckimdən çəkinməyərək müəllimlərin yaninda məndən 5000 manat məbləğində pul tələb edir,verməyəcəyim təqdirdə isə “səni işdən çıxardartdıracam,sənin haqqında müxtəlif dövlət qurumlarına şikayət edəcəm qərəzli yazılar dərc edəcəm”deyir.01.02.2018 ci il 27.02.2018 və 23.05.2018 ci il tarixdə isə həmin jurnalist xanım mətbuatda mənim şərəf və ləyaqətimi alçaldan yazılar dərc edir.Mənim haqqımda yazılan bu məqalə bizim məktəbin işgüzar nüfuzuna zərbə endirir.Məktəbdə buna xəbərçi rolu oynayan öz qohumu fortepiano müəllimi Verdiyeva Sevinc Rauf qızı və İsmayılova Tamara Dəmir qızı davamlı olaraq dərs vaxtı mənim otağıma gəlir və skandal yaradaraq xanım jurnalistə telefon zəngi açaraq onu məktəbə çağırır o isə qanunsuz olaraq məktəbə gəlir və böyük səs küyə səbəb olacaq davalar salır müəllimlərin və şagirdlərin dərslərinə mane olur.mən məktəbdə olmadığım vaxt məktəbə video çəkiliş gətirib qanunsuz olaraq məktəbdə əsassız çəkiliş etmiş və həmin gün mənə telefon zəngi edərək pulu verməyəcəyim təqdirdə yazı dərc edəcəyini rəsmi orqanlara şikayət edəcəyini demiş və bugundə dediklərini etməkdədir.Gəncə şəhər sakinləri demək olarki bunun şantaj xarakterli yazilarindan boğaza yigilib.Yaxınlaşdığı dövlət məmurlarından külli miqdarda pul istəyən bu jurnalist özü demiş "dolyasi çatmayanda" sirf reketlik ədasi ile KİV lərində məmur haqqinda şər böhtan xarakterli yazilar yazaraq onu yazdigi adama ne yolla olur olsun çatdirir.2013 cu il tarixde Muəllimlər Inistutunun sabiq direktoru Ramiz Məmmədovdan 50 min manat məbləğinda pul tələb etmiş,Ramiz muəllim ise 50 min manat məbləğinda pul əvəzinə onu Gence Prokurorluguna şikayət etmişdir.Bununkimi onlarla misal gətirə bilərəm amma onunkimi dastan yazmaq fikrində deyiləm.Mən sizinlə bərabər bu haqqda Respublikamızın birinci Vitse Prezidenti Mehriban xanım Əliyevaya,Mətbuat şurasının sədri Əflətun Amaşova DTX nin rəisi cənab Mədət Quliyevə ardı arası kəsilmədən məktublar ünvanladım.DTXnin araşdırılmasi üçün gondardiyi DIN həmin bu xanim haqqinda istintaq açmis araşdirmalarda yazilarin doğruluğunu isbat etmişdir.Mətbuat şurasinin sədri Əflatun Amaşov onun haqqinda ünvanladiğım məktubu Bas Prakurorluq yaninda Karrupsiyaya qarsi Mübarizə İdarəsinə araşdirilmasi üçün göndarmişdir.Lakin polis işçilərindən ve ədalətdən yayinan bu insan Baki şəhərinə qaçaraq orda gizlənir və yazdığı böhtan xarakterli yazılarına davam edir.Eyni zamanda hüqüqlarim bərpa olunması üçün məhkəməyə şikayət etmişəm. Sizdən artıq dərəcədə xaiş edirəm ki mənim bu yazımı işıqlandırasınız Mətbuat şurasında Mehriban Ələsgərova kimi jurnalistlərin (əgər ona jurnalist demək olarsa)yeri olmadığını xalqa çatdırasınız..Əvvəlcədən sizə öz minnətdarlığımı bildirirəm.
teref.az olaraq qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.