Qəhrəman Qəhrəmanov Beyləqanın icra başçısı təyin edilir - İDDİA
29-05-2018, 18:37

Yaxın aylarda bir çox rayon icra başçılarının işdən çıxarılacağı ilə bağlı ölkə mətbuatında mütəmadi məlumatlar dərc edilir. İşdən çıxarılacaq icra başçıları arasında ilk onluqda Beyləqan icra başçısı Vaqif Abdullayevində olduğu bildirilir.
Buna səbəb Vaqif Abdullayevin Bebylqəanda ciddi işlər görməməsi və idarəçilik sistemində məmurlaırn özbaşınalıqların göstərmək olar. Beyləqdanda baş verən proseslr ölkə rəhbərliyinin narazılığına səbəb olub. Bu səbəbdən də Vaqif Abdullayevin yaxın vaxtlarda işdən çıxarılacağı gözlənilir.
Bəs Beyləqanın yeni icra başçısı kim olacaq? MilliYol.Az-a daxil olan məlumata görə, bu posta ən real namizəd rayonda mal-qara bazarının sahibi olan Qəhrəman Qəhrəmanovdur.
Beyləqandan saytımıza verilən məlumata görə, Qəhrəman Qəhrəmanov Səhiyyə Nazirliyinin təmir-tikinti tenderlərini həyata keçirən iş adamıdır. Artıq Beyləqanda belə bir şaiyə yayılıb ki, iş adamının sənədləri Prezident Adminstrasiyasındadır və onun icra başçısı postuna təyinatı yaxın günlərdə rəsmiləşəcək.
İş adamın ətrafının iddiasına görə, Qəhrəman Qəhrəmanovun himayədarı səhiyyə naziri Oqtay Şirəliyevdir. Bu təyinatın gerçəkləşməsində elə səhiyyə nazirinin böyük rolu var.
Qeyd edək ki, Vaqif Abdullayev Beyləqana icra başçısı təyin olunduqdan sonra heyvan bazarını Qəhrəman Qəhrəmanova verib. Bazardan hər ay 50 min manata yaxın pulun yığıldığı, lakin vergiyə çox cüzi vəsaitin köçürüldüyü deyilir.
Məsələ ilə bağlı yazıda adı keçən şəxslərin mövqeyini verməyə hazırıq.