Xocavənd icra hakiminə ağır ittiham - Başçı ilə şöbə müdirinin əməliyyatı

12-09-2015, 21:51           
Xocavənd icra hakiminə ağır ittiham - Başçı ilə şöbə müdirinin əməliyyatı
Xocavənd Təhsil Şöbəsində hər il dövlət vəsaiti mənimsənilir. Xocavənd məktəblərində vəziyyət həddən artıq acınacaqlıdır. Demək olar ki, Xocavənd məktəblərində dərs keçilmir və bunun müqabilində bir qayda olaraq hər ay dövlət büdcəsindən külli miqdarda vəsait mənimsənilir. Məktəblərdə adı keçən şagirdlərin böyük əksəriyyəti Bakıda yaşayır və Xocavənddəki məktəblərinin ünvanını belə bilmirlər.
Bütün bunlar isə Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun birbaşa xeyir-duası ilə baş verir. Çünki mənimsənilən dövlət vəsaitlərində icra başçısı əsas payçı kimi çıxış edir. Qeyd edək ki, 23 ildir Xocavənd rayonuna başçılıq edən Eyvaz Hüseynov rayonun bütün müəssisələrini, xüsusən də büdcə təşkilatlarını özünün şəxsi obyektinə çevirib.
Xocavənddən AzFakt.com-un elektron ünvanına göndərilən məktubda faktlar yer alıb. Məktubda qeyd olunur ki, rayon Təhsil Şöbəsinin müdiri Şəfahət Yusifov icra başçısı Eyvaz Hüseynovla birlikdə rayon təhsil sistemini şəxsi obyektinə çeviriblər. Xocavənd təhsil şöbəsinin nəzdindəki məktəblərdə işləyən bir çox müəllimlərin və xadimələrin əmək haqqı birbaşa Şəfahət Yusifova çatır.
Belə ki, özünə yaxın şəxslərin adını müəllimə və xadimə kimi yazdıran şöbə müdiri ay ərzində onların hesabına 6800 manat vəsait götürür. Şöbə müdirinin əldə etdiyi bu vəsaitin yarısı isə rayon icra başçısı Eyvaz Hüseynova çatır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.