Sumqayıtda icra başçısının xanım müavinin sürücüsü avtoşluq edir - VİDEO
14-09-2015, 20:22
Saytımızın elektron ünvanına Sumqayıt şəhərində yaşayan oxucularımızdan biri maraqlı video göndərib.
Qaynar.info xəbər verir ki, Avtomobildə olan videoreqistrator vasitəsilə qeydə alınan görüntülərdən belə məlum olur ki, 50 -AA-005 dövlət nömrə nişanlı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozur və qəza şəraiti yaradır. Əldə etdiyimiz məlumata görə, 50 -AA-005 dövlət nömrə nişanlı avtomobil Sumqayıt şəhər icra Hakimiyyəti Başçısının müavini Lalə Hacıyevanını xidməti avtomobildir.
Mənbəmizin verdiyi məlumata görə bu hadisə hər gün baş verir. Xidməti avtomobili ilə Lalə Hacıyeva öz övladlarını hər gün Bakıya göndərir. Hər halda AA nişanı heç kimə xüsusi səlahiyyət vermir ki, qanunları pozsun və digər vətəndaşların həyatını təhlükəyə atsın. Həmçinin xidməti avtomobilin şəxsi maraqlar üçün də istifadə edilməsi heç bir qanunda yoxdur. Məsələni araşdırmaq və hüquqi qiymət vermək isə aidiyyatı orqanların artıq səlahiyyətidir. Həmin görüntüləri təqdim edirik.