Rüşvət almadığına görə serjantı işdən qovan polkovnik kimə arxalanır?

15-09-2015, 10:27           
Rüşvət almadığına görə serjantı işdən qovan polkovnik kimə arxalanır?
Baş Dövlət Yol Polis İdarəsinin nəzdində Ekoloji Nəzarət Üzrə Bölüyününü polis serjantı, 1982-ci il təvəllüdlü Xəşəlov Rəşid Mədəd oğlunun işdən azad olunması haqda yazmışdıq.

Bildirmişdik ki, serjant Xəşəlov 28 avqust 2015-ci il tarixdə tağım komandiri , polis kapitanı Məmmədov Eldar tərəfindən döyülüb. Hadisədən bir neçə gün sonra, yəni sentyabrın 3-də qanunsuz olaraq işdən azad edilib. İşdən azad olunması ilə bağlı R.Xəşəlov cumhuriyyet.az-a bildirib ki, polis polkovnik-leytenatı Fuad Mayılov onun bölük komandiri olub:

“Mən hər növbədə olarkən tağım komandiri kapitan Eldar Məmmədov tərəfindən haqsız yerə danlanır, pis-pis söyüşlərə məruz qalırdım. Yalnız bir şeyin üstündə…Belə ki, ölkədə rüşvətxorluğa və korrupsiyay qarşı mübarizə aparıldığı bir zamanda, məcbur edirdilər ki, şərləyib gəlib-gedən yol nəqliyyat vasitələri sürücülərindən pul yığmalısan. Mən də açığı bu məsələdən qorxuram. Kimsəsiz adamam”.01020304

Məntəqədə növbədə olan 4 nəfərdən 3-ü bunu etsə də, mən çəkinirdim. Bunun üstündə məıni şərləyib,“Işləyə bilmirsən”, – deyərək elə Məmmədov Eldar tərəfindən döyüldüm. O, məni sillə, təpik və yumruqla döyəndə bölük komandiri Fuad Mayılov da yanımızda idi. Məni döyən kapitanı kənarlaşdırmaq əvəzinə, uca səslə ona deyirdi ki, “ayə, öldür bu yaramazı, bir az da bərk vur! Bundan sonra yaxşı işləyəcək!”.

Döyülmə hadisəsindən sonra, Rəşid Xəşəlov Bakı Şəhər Səhiyyə İdarəsinin “Kliniki Tibbi Mərkəzi”-dən qapalı kəllə-beyinindən travma alması haqqında rəsmi “Forma №027/U” saylı sənəd də almışdır. Həmin sənədin surətini də diqqətinizə çatdırırıq:Zərərçəkən Xəşəlov Rəşid onu da bildirir ki, “növbə ərzində bölük komandiri olan Fuad Mayılova 700 manat verilməliydi. Verilirdi də. Bunun müqabilində hər birimizə növbə vaxtı 15 manat”zəhmət haqqı” çatırdı.

Ölkə başçısı İlham Əliyevin aprdığı siyasətin üstünə kül tökən Daxili İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşları, polkovnik-leytenant Fuad Mayılovun və kapitan Eldar Məmmədovun belə bir zamanda ağlasığmayan hərəkətləri ilə bağlı, ikibaşlı zərərçəkən Xəşəlov Rəşid Mədəd oğlu başda prezident olmaqla bir sıra aidiyyəti dövlət orqanlarına haqlı şikayət ərizələri ünvanlamışdır.

Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, Prezident İlham Əliyev məmurlara barmaq silkələyib bildirmişdirki, “övladlarınız heç də o kasıb balalarından artıq deyil. Siz bu qədər vəsaiti haradan almısınız ki, özünüzə yüksək vəziyyətdə hərtərəfli şərait yaratmısınız? Hamımız azərbaycanlıyıq.

Dəbdəbəli həyatınızı reklam etdiərək xalqın pulu ilə öyünməyin. Hansı məmurun belə hərəkətlərini görsəm, onu cəzalandıracağam. Özünü işdən uzaqlaşdıracaq, hadisə törətmiş övladı qanun qarşısında cavab verəcək”. Bəli, Prezident İlham Əliyevin məmurları yerində oturdacaq təpgisi təəssüflər olsun ki, postda hadisənin törədilməsinə şərait yaradan bolük komandiri, polkovnik-leytenant Fuad Mayılova aidiyyəti olmayıb.

Onun ərsə gətirdiyi övladı, kiçik Mayılovun sosial şəbəkələrdə özünü reklam etdirməsi çox məsələlərdən xəbər verir. Bununla bağlı cumhuriyyet.az olaraq əldə etdiyimiz fotoları da diqqətinizə çatdırırıq.Ölkədə hamının eyni müstəvidə dolanması meyarına çalışıldığı halda, Mayılov kiminin ac, kiminin də tox yaşaması kimi pozulmuş sosial-ədalətsizlik prinsipini ortaya çıxarır.

Fuad Mayılov haqqında cumhuriyyet.az-a ilginc faktlar daxil olmaqdadır. “Halal pulla” kişinin Novxanıda 4 mərtəbəli, hərtərəfli şəraitli villası, Moskvada isə mehmanxanasının olduğu bildirilir (Bu barədə sonra). Atası Fuad Mayılovun sağdan-soldan və başından tökülən zəhmətsiz gəlirlər hesabına bir sıra xarici ölkələrdə kefə baxan kiçik Mayılovun əldə etdiyimiz fotoşəkillərini Sizə təqdim edirik:
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.